Arzularının ardınca get
Elnure Oruclu tərəfindən "Digər yazılar" bolməsinə 10:40 10 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Hər bir insan dünyaya gəldiyi gündən etibarən öz arzuları, ideal istəkləri üçün yaşayar. Bəzilərinin həyata  baxış tərzi fərqli olsa belə.. Kimisi sevgisi, kimisi gələcəyi, kimiləri isə arzuları üçün... Belə bir sual çıxacaq mütləq; Sən həyatdan nə istədiyinə əminsən mi?! Bəlkə də arzuladıqlarımız, istədiklərimiz bizim üçün xeyirlisi olmaqdan çıxmışdır.. Hər birimizin fərqli arzuları var, valideynlərimizin bizə olan arzularını sıralayaq ilk öncə...

Məsələn hər birimizin valideynləri öz övladları üçün arzular diləyər... Və zamanla yerinə  yetəcəyi günü gözləyər.. Bəli, məhz bu arzular reallaşmağa layiq arzulardır.. Bir ana, ata övladı üçün başqa nə arzu edə bilər bundan artıq.. İlk öncə övlad arzusu, dünyaya sağ salamat gəlməsi, sağlam olması, ilk addımları, ilk diş çıxartması, ilk gülüşü, ilk ana, ata səsləməsi, ilk bağçaya getməsi, ilk şeir öyrənməsi, məktəbə başlaması, bitirməsi... Bəli, ilklər... Necə gözəl səslənir.. Hər kəs istər həyatındakı hər şey ilk olsun... İlk arzularımız, bu arzularımızı əsas arzularla əvəz etsək nə olar? Təbii ki, bizim əlavə arzularımız peyda olar.. Bir qızın, bir oğlanın, gənclərin arzuları, istəkləri.. Bitmək bilməyən istəklər... :) Təbii ki, hər birimiz artıq bilirik bunlar nələrdən ibarətdir.. Yenə də misal göstərəcəm... Bəlkə siz daha fərqli arzular arzulayırsınız.. :) Sən nə istəyərsən həyatdan gözəl xanım, yaraşıqlı oğlan... Cavab belə olar böyük ehtimal... :) Mən sevmək, sevilmək... Mən universitetə qəbul olmaq.. Başqa?! .. Mən maşınım və evim olmasını istəyərəm, aaaa bir də işim, bunları alacaq pula ehtiyacım olacaq mütləq... Bəs sən? Heç nə arzulamırsan? Təbii ki, arzulayır.. Xoşbəxt olmağı, və saydıqlarımın hamısı daxil olmaqla təbii ki... Elə deyil? :) Kim arzulamaz ki... Xəyallarımız arzularımızla, arzularımız xəyalla əvəz olunsa... Aha, mənim arzularım ixtisar olur artıq.. Mən güclü olmalıyam, oxumalıyam, qazanmalıyam, əldə etməliyəm, deyəsən dincəlmək vaxtıdır axı... yoruldum... Bir az dincəlməliyəm və aşiq olmalıyam... Axı dəliyəm.. Sevilmək mənə güc verəcək əminəm.. İdeal arzulayıram, aha deyəsən idealı tapdım... Yox, bu səhv oldu.. Mən  məğlub oldum.. Sevdim, sevilmədim.. Bu arzu xeyirlisi olmadı... Bəs nə edim? Əlbəttə, mən zəif deyiləm.. Yenidən qalxacam və mübarizə aparacam, həyatımla, həyatla... Davam elə, Allahdan istə.. Arzularını çoxalt.. Yenidən başla, işlə, qazan, arzularını reallaşdırmağa başla... İdeal axtarma , çünki ideal özünsən... Kənar şəxslər elə görməyə bilər, amma sən ki, nəyi bacaracağına əminsən... Ən uğurlu işini gör və qalib ol.. Arzularına bir addım... Və beləliklə Sən, həm güclü, həm fədakar, həm cəfakeş, həm qayğıkeş, həm də böyük bir qadın və  ana oldun... Və beləliklə Sən, həm vəfalı, həm güclü, həm ideal, həm vicdanlı, həm qayğıkeş, həm də böyük bir kişi və ata oldun... İnsan ömrü necə də əvəzolunmazdır... Biz eyni yoldan fərqli-fərqli addımlarla keçdikcə böyüyürük... Zamanın dəyərli olması bundan ibarətdir... Bunlar mənim fikrim ola bilər, amma sizin fikriniz daha idealdır... Mən buna əminəm.. Həyat təkrarlansa belə yaşamağa, arzulamağa və həyata keçirməyə dəyər...  Bəs, Siz heç düşünmüsünüz? : İstəklərimə çatsam nə əldə edəcəm və ya kimləri, nələri itirəcəm?... Bəzən düşünmədən hərəkət edirik, həyəcanlı oluruq, fikirli oluruq, düşünməməyi seçirik... Qırırıq, tökürüq, dağıdırıq və yenidən bərpa etməyə çalışırıq... Arzularımıza çatsaq da, çatmasaq da... Reallaşmış arzular yaddaşımızda qalan arzulardır... Çünki insan sahib olduğu bir şeyi artıq arzu edə bilməz.. Hər zaman xeyirlisi olsun deyə dua etməyi unutmamalıyıq... Hər şərdə bir xeyir var məsəli boşuna deyilməyib...

-         Arzularımız olsa da, bəzən xəyallar da xoşbəxt edir... ! Bir zaman arzularımızın reallaşması ümidilə əziz oxuyucular!


... dəfə oxunub
Qiymət: 10/10(23 səs)
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
1320a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0258 saniye