Asan deyil
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 20:24 11 iyul 2017 tarixində əlavə olunmuşdur

                                    İnsanlar  dəvətsiz qonaq kimi həyatımıza daxil olurlar. Ağrıları, əzabları hədiyyə verib, qəfil çıxıb gedirlər. Ümidlər belə gözləri yollara dikilərək yaşlanır. Gözləmək, gələcəyini düşünmək dünyanın ən ağılsız işidi desəm yanılmaram. Paylanan ömür fəsillərində ayrılıqlar, qovuşmalara bir-birini izləyən yollara bənzəyər. Gedənin ardında onu xatırladacaq əşyalar belə onun yaxınlarına həm kədər həmdə  tərəddüdlər bəxş edər. Çalışarıq ki, zamanı geri qaytaraq. Gedən ömür qatarında sonsuzluğa səyahət edən sərnişinləri yarı yolda düşürək.  Uşaq kimi həyata və zamana küsürük. Üzülmək əldə deyil.  Xatırlamaq, unuda bilməmək geridə qalanlara verilən ağır cəzadı. Təkliklər belə onun yoxluğunun yanında sadəcə yalandan başqa bir şey deyil. Artıq ümid belə təhnalığın arxasınca gizli- gizli göz yaşları tökər. Açılan sabahları qarşılamaq çətin olur. Vaxtsız gələn ayrılıqların arxasında buraxılan izlərə illər əlac tapa bilməz. Təsadüfi sözlər gedəni xatırladar. Gözlərdə yanaqlara axan yaşlar zaman keçdikcə soyuq hisslərin başlanğıcına çevrilər. Hər kəsdən küsərik, təkliyə qapanarıq, ətrafda nələrin yaşandığını görməzdən gələrik. İllər sonra ətrini duymaq üçün onu axtardığı zaman nə edəcəyini bilmədən, onadan geridə qalan keçmişə boylanmaqdan başqa bir əlac yoxdu. Məlhəmsiz, çətin, ağrısı keçməyən bir zamana doğru addımlamaq, onların olmadığı həyatda yaşamaq  inan Asan deyil. Bizlərə sadəcə sönmüş ümidlərin arxasınca seyr etmək qalır.         Günel Ağayeva


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0339 saniye