Asan
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 20:37 18 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ən naşı insanı da zirvəyə mindirmək asan,
Boş fikirdi aqili zirvədən endirmək asan. 

Hədərdi nadana bir söz deyəsən, qandırasan,
Söz ilə söz əhlini dinləyib, dindirmək asan. 

Nə qədər məcnunları kül eləyib eşqin odu,
Deməyin eşqə düşən aşiqi söndürmək asan. 

"Hər kimin kim dərdi var" dərmana göndərdi babam, *
De, hansı dərdsizi viranəyə göndərmək asan? 

Yaxşını tapmaq işi indi tamam müşkül olub,
Pisin isə başına kül töküb - əndərmək asan. 

Olsa, Ümman bəşərin fikri gülüstan yarada,
Qupquru səhranı da cənnətə döndərmək asan. 

*Deyim Ş.İ. Xətaiyə aiddir.


... dəfə oxunub
Qiymət: 10/10(939 səs)
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0322 saniye