Aşılmaz sədləri aşıb gəlmişəm
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 00:52 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Aşılmaz sədləri aşıb gəlmişəm,
Bir isti nəfəs tək yaxınam sənə
Demə ki, yanına çaşıb gəlmişəm,
Bir şirin söz ilə ümüd ver mənə

Nə olar, bir anlıq anla sən məni,
Demə inanmıram hər boş sözünə
Eybi yox dözərəm danla sən məni,
Təki sevgiylə bax mənim üzümə

Bir sözün kifayət, əmrindəyəm mən,
Sağına, soluna keçərəm sənin
Sevgimin təsdiqin əgər istəsən,
Əlindən zəhər də içərəm sənin

Mənə çətin deyil, bir sözün yetər,
Dünyanı dövr edib, yenə gələrəm
Demə ki, gün gələr məhəbbət bitər,
Sevgisiz dünyada mən də ölərəm

Üzümə baxmağın belə çətindi?
Nəzərin yayınır yenə də məndən
Bəlkə mən bilmirəm, bu adətindi
İlk öncə qaçırsan sənı sevəndən

Bir az naz edirsən, bir az qaçırsan,
Sınağa çəkirsən səni sevəni
Bir bilsəm qəlbini nə vaxt açırsan?
Nə vaxt söyləyirsən sevirəm səni?

Neçə yol qət etdim, neçə sədd aşdım
Məndən əsirgəmə bircə kəlməni
Gec ya tez axır ki, sənə ulaşdım
Dinməsən də bilirəm sevirsən məni.

18.05.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0325 saniye