Aşiqin halın sorub ,bil sonradan, dərdi nədir,
Dərdinə həmdərd olun, çarə onun dərdinədir.
Dözməsə gər hicrinə,dərdinə , həm fərağına,
Aşiqə zülmü-cəfalar,göz yaşı bəhanədir.
Hər zaman sevgisinə sadiq olacaq,bilirəm
Çünki sevdiyi üçün sitəm ona toyhanədir.
Yusifin intizarı gözlərinə çəkdi toru,
Yaqubun sinəsi dağ,gülşən ona viranədir.
Kim tapar dərdə əlac,aşiq bilir nədir sitəm,
Mövluda həyan olan,əlbəttə ki,meyhanədir.
3.02.2014 / Zərdabi
Mövlud Ağamməd