Aşiqin ömrü cəfadır sevdiyi yar olmasa
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:53 10 yanvar 2016 tarixində əlavə olunmuşdur

Aşiqin ömrü cəfadır sevdiyi yar olmasa,
Bülbülün günü fəğandır gər çəmənzar olmasa.
***
Gözlərəm mən sübhədək istəkli yarımdan xəbər,
Əsməsə badi-səba gəlməz, gecə tar olmasa.
***
Ayrılıq vədəsi yetsə,axsa gözlərim yaşı,
Əlvida söyləmərəm,ol mənə dildar olmasa.
***
İsmimi punhan dedim ki,tənə etməsin ona,
Razimi bilməz əgər,ortada əğyar olmasa.
***
Mövluda,eşqin səni aləmdə rüsvay edəcək,
Kim sevər sənin kimi aşiqi,qəmxar olmasa.

10.05.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+19=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0315 saniye