Aşiqləri qəm çəkmədə,dövrandı günahkar,
Ağlar gözü yaş tökmədə,leysandı günahkar.
***
Dərd əhli çəkir,qəm dolu möhnətdi bu dünya,
Aşiq nə qədər ah çəkə,əfğandı günahkar.
***
Gözlər dikilib yollara,yoxdur xəbərin,bil,
Karvan kecikir mənzilə,sarvandı günahkar.
***
Dağlar dilə gəlmiş,bu qədər qəm-kədərim var,
Sığmazsa əgər dəryaya ümmandı günahkar.
***
Ömrün nə qədər varsa təbibdən dilə imdad,
Tapmazsa əlac dərdinə,loğmandı günahkar.
***
Bülbül gülə möhtacdı,gülün meyli gülüstan,
Əğyarda günah yox,güli-xəndandı günahkar.
***
Rəhm et mənə, dilbər,yenə yanmaqdadı qəlbim,
Yansan oda,Mövlud,demə büryandı günahkar.
17.04.2014.Zərdabi.Mövlud Ağamməd.