Assosiallıq
cəmilə tərəfindən "Esse" bolməsinə 18:44 13 iyun 2014 tarixində əlavə olunmuşdur

Həyatı ciddiyə alanlar olaraq itirən tayfayıq.Yəni mən o insanlardanam.Nə həyatı ya.Mən sosial şəbəkəni belə ciddiyə alıram.Əməlli başlı səmimi oluram insanlarla.Doğru insanlar da çıxır tez tez amma bəzən tanıdığın bir tək insan sənin özünə inamını alır və çırpır yerə.Üstünə çıxır tapdaladıqca tapdalayır,qürurun olur iki qəpiklik,ümidlərin olur param parça.Bir dönüb baxmır da ki sənə nə haldasan.Ayağıyla kənara itələmir də ki başqası görməsin bunu.Sənin ruhunu məhv edənə qədər davam edir bu əzab.Sonra qoyur o parçaları üst üstə özü yavaş yavaş dırmanır yuxarı.Təbii ki sən ayağa qalxmaq istərkən daha da qalırsan onun bunun tapdağında.İndi gələk bu söhbətin məğzinə.Bəzən insanları ciddiyə alırıq.Heçkəs göründüyü kimi deyil ki.Bilmirsən ki sən demə o insan egoyla bəslənən canlıdır.Bilmirsən ki o sevgiyə möhtac deyil.O bir qurddur və sənin canını qanını əmir.İnsanlar tanıdım ki insanlıq deyəndə ağıllarına heçnə gəlməz.Biraz düşünürəm ki niyə belə oldu deyə.Yox cavab tapa bilmirəm.Beynim dumanlı bir gecə kimidir.Həryer qaranlıqdı o ayrı, bir də dumanlıdır.Heç bir fikrim oturuşmuyub sanki.Əlimə alıram  telefonumu,baxıram kontakta sonra söndürüb qoyuram.Yazacağım adama nə yazasan ki,

-Darıxdım sənin üçün, görüşək?

-Can çox istərdim ee ama vaxt yoxdu.Sabah mütləq

İbnə oğlu (qızı) elə bil şirkət müdiridir.İmtahanları varmış ,işi çoxmuş, sevgilimlə görüşüb fingildəşcəm demir də işim var deyir.Hə onu da deyənlər var.Bizimki qısqanır ee can bağışla.Bugün görüşüm var bla bla bla.Bəzi dostlarım mənə özümü evdə qalmış qız kimi hiss etməyimə səbəb olur.Tutub iksini baş başa vurasan and olsun.Hərnəysə anlayırsan ki hardasa bir önəmli insan olana qədər sənə heçkəsdən xeyir yoxdu.Açırsan sosial şəbəkəni.Dostlar siyahına baxırsan.Mütləq ordada bir mal vardır səni əsəbləşdirəcək.Lənət sənə deyib mesaj yazırsan.Görüb gec cavab yazır.Yazdığı hər kəlmə də söyür elə bil.Yəni ki belə sən kimsən ki havaları zad.Sonra açırsan ana səhifəni.Hamı bir biriylə necə mehriban necə səmimi.Bir birlərini işarələyiblər facebookda.Daha dünən bir birini söyənlər necə mehribandır aga.Pivə dostları da görüşüb yenə hardasa.Öz özünə deyirsən ki sən otur camaatın şəxsi həyatını eşələ millət orda gülsün əylənsin.Sonra bekar bekar girib onun bunun rəyini oxuyursan,münasibətlərə baxırsan ki görək kim yenə cibbildəşir deyə.Nah sənə paxlava.Qoz qoyanlar ancaq o digər mesaja yazan qaqalardır.Arada bir onların da mesajını görüb “İlahi, mən bu malamı qaldım” deyə içində olan qalan qürurun qırılır ya lənət olsun.Heç buranı da keçdim.O tipsiz tipsiz qızların ilişki qoyduqları oğlanlar falan.Bəzən belə təsadüfi kiminsə ağıllı statusunu görüb deyirsən ki yox ee vapşey mən də donduracam buranı.Əşi boş boş vaxt gedir bla bla bla.Sonra tak tak bir status görürsən “əşi boşver guya atom parçalıyası deyiləm ki deyirsən”.Bir də baxırsan ki əsəb topu olmusan.Bax assosiallaşmış adam olursan.

 

 

 

 


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0278 saniye