Ata -Ana
Ata ölər dağ yıxılar,
Ana ölər ev sıxılar.
Ata evin dirəyidir,
Ana vuran ürəyidir.
***
Ata namus,ata qeyrət,
Ana daim çəkər zəhmət.
Ata oğul üçün gərək,
Ana,qızın çox mübarək.
***
Ata sözü qol-qanadım,
Ana südü ruhum,canım.
Ata,ana,hər biriniz
Övlad üçün gərəksiniz.
***
Ata görər haqq-nahaqqı
"Ana haqqı-Tanrı haqqı".
Ata gözlər,ata dözər,
Ana ömrü şama bənzər.
***
Ata,sevin,öğul gəlir,
Ana qıza öyüd verir.
Ata-ana bəxtiyardır,
İllər ötür,ixtiyardır.
6.06.2014.Zərdabi.Mövlud Ağamməd.