Ata axtarışında
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 13:59 24 aprel 2015 tarixində əlavə olunmuşdur

Balaca Fərid içəriyə daxil oldu. Bomboş idi. Burnuna ləziz qoxular gəldi. Kiçik addımlarla irəliləyib şüşəyə yaxınlaşdı. Gözlərini iri açaraq baxmağa başladı. Burada xotdoq , xaçapuri, pizza, daha nələr, nələr onun yolunu gözləyirdi. Əlini qaldırıb şüşənin üstünə qoydu. Hamısından istəyirdi.

-Ey, sən, balaca!-deyə hökmlü səs yüksəldi.

Fərid şüşədən geriləyib əllərini arxada gizlətdi. Onu səsləyən qadın eynəyinin altından balaca oğlanı süzgəcdən keçirdib eyni səs tonu ilə soruşdu.

-Adın nədir sənin?

-Fərid.

-Neçə yaşı var?

-7.

-Anan, atan?

Fərid çiyinlərini çəkib dodağını büzdü.

-Yaxşı, olsun. Nə işin var burada?

-Yemək istəyirəm.

-Məsələn, nə?

Fərid əlini uzadıb barmağı ilə işarə elədi. Qadın onun göstərdiyi istiqamətə baxdı.

-Pulun var?

-Yox.

-Onda sənə yemək yoxdur, balaca.

-Axı acam?

Sərt simaya sahib orta yaşlı qadın balaca Fəridə bir daha nəzər salıb bir anlıq fikrə getdi.

-O masaları görürsən? Orada gördüyün hər nə varsa hamısını yığ gətir, sənə yemək verim.

Fəridin dodaqlarında təbəssüm, gözlərində parıltı peyda oldu. Sevinclə çirkli boşqabları, stəkanları, çəngəl-qaşıqları bir-bir yığıb qadının göstərdiyi otağa aparırdı. O, bu işi elə yüksək əhval-ruhiyə ilə görürdü ki, yorulmadan yenə də edərdi.

Sonuncu masada bir boşqab qalmışdı. Fərid balaca əlləri ilə boşabı təzəcə götürmüşdü ki, qapı açıldı və əlində skripka tutan ömrünün yarısını haqlamış bir kişi kandarda ayaq saxladı. Əynindəi kostyum təzə idi. Balacaya maraqla baxıb gülümsündü.

-Sənə nəsə çalımmı?

Fərid başı ilə təsdiqlədi.Skripkaçı çalmağa başladığında Fərid stulda əyləşib dinləyirdi. Ayaqları “havada asılı qaldığından” yellədirdi. Skripkaçı ifasını bitirəndə Fərid sevinclə əl çalaraq onu alqışlayırdı ki, birdən qarşısını qaranlıq kölgə kəsdi. Başını qaldırdığında sərt simalı qadını gördü. Qadın tərs-tərs əvvəlcə balacaya, sonra isə skrpikaçıya nəzər saldı. Qoca sanki bu baxışlar altında əzilməmək üçün asta-asta getməyin binasını qoydu. Fərid stuldan enib boşqabı lazımi otağa apardı.

Qadın ayrı-ayrı sellofanlara bir xotdoq, bir xaçapuri, bir tomatlı kiçik pizza, sərinləşdirici içki qoyub Fəridə uzatdı. Balacanın sevincinin həddi-hüdudu yox idi. Hoppana-hoppana kafe-dükandan çıxdı. Bir neçə döngəni keçib boş, bir az tozlu maşının dayandığı yerə gəldi. İki nəfər uzaqdan onu görən kimi yanına qaçdılar. Birisi onun 12 yaşlı bacısı Nərgiz idi. Digəri isə cavan avtobus sürücüsü.

-Harada idin sən?-qəzəb qarışıq təlaşla soruşdu.

-Bunu aldım sənə,-deyib əlindəki uzatdı.

-Bura bax, balaca cənab, bizdən xəbərsiz heç bir yerə getmək yoxdur bundan sonra, aydındır? Elə sən də Nərgiz. Aaa, bu nə deməkdir?!-cavan sürücü əsəbi tonunu açığa çıxartdı.

Fəridlə Nərgiz onlara ataları barədə yalan söyləyən analarını gecə vaxtı səssizcəsinə tərk edərək atalarının axtarışna çıxmışdılar. Gecənin qaranlıq və qorxuducu vədində maşınını boş-bekar sürən cavan oğlan yolun ortası ilə gedən bacı-qardaşı maşınına mindirərək onlar lazımi ünvana çatdıracağına söz vermişdi. İlk əvvəl yad adamdan qorxub uzaqlaşmışdılar, amma 2 gün-2 gecə gənc sürücü onları təqib etdiyindən məcburi razılaşmışdılar. Arxa oturacaqda əyləşib bir-birlərinə möhkəmcə sarılan bacı-qardaş bu adamın pis biri olmadığını gördüklərində artıq 5-ci gün olardı ki, ana evlərini tərk etmişdilər.

Gecəqonduda yaşayıdılar. Bir ana, iki bala. Atalarının doğulmamışdan qabaq ağır xəstəlikdən vəfat etdiyi söylənilmişdi anaları tərəfindən. Nərgiz yalnız ibtidai sinifi oxuyub qurtarmağa müvəffəq olmuşdu. Maddi güzəranları çox, həddindən artıq ağır idi. Əlləri qabaq-qabar olmuş ana dərziçilik, qulluqçuluq edərək qazanmağa çalışırdı. Və günlərin birində dayıları ilə analarının söhbətləri əsnasında atalarının başqa şəhərdə yaşadığını öyrəndilər.

Gənc sürücünün də yollarda “avara”lanmasının səbəbi vardı. Məcburi evlilikdən qaçmaq məqsədilə yaşadığı şəhərdən uzaqlaşmışdı. Yola düşərkən özü ilə kifayət qədər məbləğ götürməsinə rəğmən tez bir zamanda siqaretə xərcləndiyindən bitmişdi və gənc insanlara xidmət göstərməyə başlamışdı. Əsasən şəhər ətrafından dolaşaraq insanları ünvanlarına çatdıraraq qazanırdı.

Bacı-qardaşın ata axtarışları davam edirdi. Heç nəyə baxmayaraq. Gənc sürücü ilə birgə...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0236 saniye