ATA NƏ DEMƏKDİR?!
Sevinc Bayramova tərəfindən "" bolməsinə 00:22 08 sentyabr 2012 tarixində əlavə olunmuşdur

İlk dəfə səni qollarına götürəndə , barmaqları sərt gələn?

İlk baxışmada gözyaşı tökə bilmədiyi üçün səni daha az sevən ?

İlk laylanı söyləyən olmadığı üçün layla bilməyən ?

İlk altını dəyişdirən olmadığı üçün qoxunu bəyənməyən ?!!!

 

Bəli səni ilk dəfə görəndə barmaqlarım sərt idi amma həyat elə öyrətmişdi və bilirsənmi o incə bədənin ağrımasın deyə istədiyim qədər qucaqlaya bilmədim belə... Onsuzda sən də ağlamaya meylli idin bəlkə sərt barmaqlarımı bəhanə edəcəkdin deyə… İlk baxışmada gözyaşı tökmədim sanma. Elə çox ağladım ki... Amma atanı zəif görmə deyə içimə atdım bütün atəş toplarını... Böyüklər kişilər ağlamaz demişdi və mən ağladıqca əslində sənmi böyüksən mənmi bilmədim…

İlk laylanı söyləmək istəyərdim və hazırlamışdım da əvvəldən amma sən tərəfindən də ilk laylanı söyləmək ananın haqqı deyildimi ? Eynilə ilk qoxunu içinə çəkən olmaq, ilk barmaqlarından öpən olmaq, ilk ürəyinə sıxan olmaq, ilk gülümsəyən olmaq, ilk saçı sığallayan olmaq, ilk adı deyilən olmaq, ilk əlindən tutulan olmaq, ilk öpülən olmaq kimi…

Ata olmaq, çox şeydə ilk olmamaqdır qızım... Amma bu səni sevməmək deyil. Mənim də ilk olduğum anlar var))) Məsələn ilk atın məndim, ilk üzünü çəkdiyin, ilk küsdüyün, ilk gizlənpaç oynadığın, ilk qol vurduğun, ilk kürəyində yatdığın, ilk qapıda gözlədiyin, ilk darıxdığın…

Ata olmaq, doğulduğun ilk gündən etibarən gecələri -ananı da oyandırmadan gəlib səni seyr etməkdir. Rahat yat deyə yanına mələklər çağırmaqdır, lazım gəldikdə altını dəyişdirməkdir, nağıllar əzbərləməkdir. Soruşduğun minlərlə suala bezmədən usanmadan cavab verməkdir yenidən və yenidən. Boyama kitablarındakı ağacları sarıya, pişikləri maviyə, qağayıları yaşıla rəngləməkdir və dəvəquşlarına inadla leylək deməkdir sırf sən istədin deyə.

Mənim kimi güldüyünü və ayaqqabılarını mənim bağladığım kimi bağladığını görməkdir... Birlikdə dişlərimizi fırçaladığımızdır.

Birlikdə dua etməkdir.

Bəlkə də ata olmaq nə olursa olsun və nə etsə etsin sənin üçün həmişə ana ilə müqayisə edilərək ikinci sıraya layiq görülməkdir…amma bir uşaq üçün valideynlikdə ikinci sıra vardırmı??? Sənin üçün olmadığı kimi mən üçün də övladlıqda ikinci sıra yoxdur, əksinə 7 oğlum olsa da sənin yerin başqa olacaq. Kişilər qız uşağı sevmir deyirlər sən inanma... Kim sənin kimi mələk kimi məsum bir varlıgı sevməz?? Bu sadəcə qısqanclıqdı heç bir ata gözünün nurunu başqa bir kişi ilə paylaşmaq istəmir yada anası kimi ikinci bir gözəlin olması istəmir. Sənin sayəndə dünyalar qədər sevdiyim qadının gözəlliyinin yenidən həyata gəldiyini anladım...yaxşıki varsan qızım..

 

P.S Allah butun valideynlere can sagligi versin ..dunyasini deyiwenlerese rehmet dileyek Allah o dunyalarin versin

♥ Amin♥


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0192 saniye