Ata
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 10:10 30 may 2014 tarixində əlavə olunmuşdur

Səbrim qeybə çıxıb, tükənib dözüm,

Dərdimi bölənim yoxdu, ay ata.

Sənin həsrətindən qan ağlar gözüm,

Üzümə gülənim yoxdu, ay ata.

 

Sənsiz elə bil ki, sınıb qollarım,

Bağlidır üzümə daha yollarım.

Arxada qalıbdır sənli anlarım,

Ta gedib-gələnim yoxdu, ay ata.

 

Çöküb gözlərimə sanki duman-çən,

Yağır gizli-gizli saçlarıma dən.

Arxanca həsrətlə boylanıram mən,

Halımı bilənim yoxdu, ay ata.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0405 saniye