Ata...Atacan!
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:15 19 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Qapı açıldı və içəriyə ağır addımlarla girən ağ xalatlı şəxs ümidsizcəsinə kabinetinə nəzər saldı. Pəncərəyə tərəf addımlayıb əllərini arxada cəmləşdirdi. Saçlarına düşən dənlərin sayında artım baş verməkdə idi. Azacıq tüklü üzü onun xarizmasını birə beş artırırdı.

Dərindən köks ötürüb gözlərini qapatdı.

Masa arxasına keçid edərək eynəyi taxdı. Siyirtməni çəkib içəridən kağız-kuğuzları çıxardaraq bir xeyli tamaşa etdi. Əsəbiləşib əlindəkiləri masaya buraxaraq ayağa qalxdı. Kabinetdə bir xeyli dövrə vurub nəhayətində sakitləşdi.

Təkrar masa arxasına keçib əyləşdi. Gözlərini çərçivəyə zillədi. iləsi-arvadı və 2 oğlu. Başını əlləri arasına alıb titrək barmaqları ilə saçlarını qarışdırmağa başladı. Eynəyi çərçivənin önünə buraxıb bütün ağırlığı ilə arxaya söykəndi. Gərginlik onu tərk etməmişdi hələ.

Hələ tələbə ikən etdiyi bir səhv. Və indi də onun nəticəsi.

Tələbəliyinin son illərində atasının dostunun qızını bəyənib nişanlanmağa razılıq vermişdi. Tez-tez axşam gəzintisinə çıxırdılar. Bütün şəhərin gözü bu cütlükdə olurdu. Yaraşırdılar bir-birlərinə həqiqətən. Günlərin birində dostlarının  təşkil etdiyi etdiyi gecənin sonu anlaşılmamazlıqla nəticələndi. O qədər içib sərxoşluğun dibinə endi ki, restorandakı gənc qızların birini qapıb onun göz yaşı və yalvarışlarına əhəmiyyət vermədən "yatdı". Səhərisi günü qırmızı ləkəni görcək ilk öncə heç nəyi anlamamışsa, dizlərinə dirsəklənkib bütün olan-bitəni bütün dəhşətliyi ilə xatırladığında özünü itirdi. Düz bir həftə bakirəliyini pozduğu qızın axtarışına çıxsa da, nəticələr sıfır! Lənət!!!

Amma tez də yaddaşından silməyə müvəffəq oldu. Evlənib ailə sahibi oldu. Karyerasında yüksəliş yaşdı. Və indi də həmin olayın nəticəsi onun tələbəsi idi. Bunu ona göndərilən məktubdan öyrəndi. Qadın qızına baxmağı ondan xahiş edirdi.

Nailə isə atasının varlığı-yoxluğunu tək bir cümlə iləifadə edirdi. O-ölüb. Və hər dərs çıxışında onun məzarını ziyarət edirdi. "Ata" isə kənardan bunu çarəsizcə izləməkdən başqa heç nə edə bilmirdi...

 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+19=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0402 saniye