...Atalar və oğullar...
AğaPaşa tərəfindən "Şeir" bolməsinə 12:36 02 aprel 2018 tarixində əlavə olunmuşdur

...Atalar və oğullar...
Bir ateist atanın
Günahımıdır,
Oğlunun bir dindar radikal olması,
Özünü məhv edəcək qədər dini sevməsi...
Cənnətə hər kəsdən
Daha tez getmək istəməsi...
Özünü partlatmazdan əvvəl
İzdiham içinde
Qışqırıb ..Allahu Əkbər..
Söylemesi....
Bir bankir atanın
Günahımıdır,
Pullarını çox istəməsi...
Oğlundan diqqətini əsirgəməsi..
Oğlunun başqa bir mühitə
İstiqamətlənməsi..
Biləklərindəki damarların
Həzz verən agrılara meyillənməsi...
Bir fəhlə atanın
Günahımıdır,
Min bir zəhmət qazandıgı
Pullarını
Oğlunun imtahan adıyla
Barda qızlara xərcləməsi...
Həyatı məhv olmuşlarla kef məclisi..
Bir müellim atanın
Günahımıdir.
Oğlunun tərbiyəsiz böyüməsi..
Oxumaq əvəzində
Küçədə tində durub
Ona buna söz atması..
Ve sonda birini bıçaqla vurub,
Azadlıqdan bir müddət məhrum olması...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+18=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.039 saniye