Eh..bu məhəbbətin anlamı sonsuz,
Əzəldən yaşadım ömrümü onsuz
Şeytanın zatına söyərdim, donsuz-
Mələk simasında görünməsəydi .
Həyat nə gözəldir, allı-əlvanlı,
Təbəssüm üzündə gəzə hər canlı.
Göy üzü şəfəqli,gecələr aylı,
Buludlar qaraya bürünməyəydi.
Arılar sancanda min dərdə dərman,
Əlimdə olsaydı verərdim fərman,
Dilərdim, sübh çağı belədir duam-
Xəstələr yataqda sürünməyəydi.
Rəbbim, nemətinə şükürlər olsun!
Ürəklər durmasın,ürəklər vursun.
Deyirəm, heyatım bir nağıl olsun,
Atam sağ qalaydi, heç ölməyəydi.