Atam üçün darıxıram...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:13 08 aprel 2016 tarixində əlavə olunmuşdur

Mən bu yaşda_özüm ata,
Atam üçün darıxmışam.
İllər ötüb ölümündən,
Atam üçün darıxıram.
****
Bəzən mənə elə gəlir,
Atam bizə- evə gəlir.
Yenə gülə-gülə gəlir...
Atam üçün darıxıram.
***
Tez çıxaram qabağına,
Muştuluqlu sorağına.
Döşənərəm ayağına...
Atam üçün darıxıram.
***
Bilirəm ki,bu,xəyaldır,
Düşdüyüm bu hal nə haldı?
O illər çox geri qaldı...
Atamüçün darıxıram.
***
Bir az sərtdi,qaşqabaqlı,
Söz-söhbəti çox maraqlı.
Evimiz şən,həm qonaqlı...
Atam üçün darıxıram.
***
İbrət dolu nəsihəti.
Yaddan çıxmaz vəsiyyəti.
Ürəyimdə var həsrəti..
Atam üçün darıxıram.
***
O, baharım,o,yazımdı,
Onsuz qışdi--ayazımdı.
indi mənə çox lazımdı...
Atam üçün darıxıram.
****
Ata.sənə canım dedim.
Şah damarım,qanım dedim.
Oduna mən yanım dedim...
Atam üçün darıxıram.
****
Mövlud,olan sənə olur,
Adın çəksəm,gözüm dolur
Bir an görüm.ah.nə olur?
Atam üçün darıxıram.
****
18.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.038 saniye