Atasını sevməməsi üçün uydurduğu səbəbləri, Sonun Davamı romanından
Nihat Atabəyli tərəfindən "Digər yazılar" bolməsinə 18:43 12 mart 2016 tarixində əlavə olunmuşdur

Qərar vermək Oanan üçün həmişə edilməsi çətin olan addımlar siyahısında olurdu. Onun yaşadığı cəmiyyətə ifrat ehtiyyatla yanaşması uşaqlıq illərindən yadigar qalan vərdişlərindən biri idi. Həyatının elə bir mərhələsi olmamışdı ki, Oanan hər hansı bir addım atarkən səhv etməkdən çəkinməyərək cəsarətlə irəliləsin. Risamahda Oananın ailəsi kimi minlərlə ailə var idi ki, uğursuz ailələr sırasına daxil edilə bilərdi. Yerli cəmiyyətin ən böyük qaydasını bu tip ailələr istisnaliq təşkil etməklə pozmurdular. Normalda ailə fondu çox möhkəm qurulmuşdu, lakin bəzən Oananın məxsus olduğu kimi sadəcə evlilik üçün qurulmuş ailələrə də rast gəlinirdi. Oanan yaddaşının xatırlamağı bacardığı müddətdən bu vaxta qədər heç zaman valideynlərinin səmimi, sevgi dolu müraciətlərini, biri- biri ilə şirin söhbətlərinin şahidi olmamışdı. Gözlərini yumaraq xatırlamağa çalışdığı bütün cəhtlərində onların qərəzlı, hiddət dolu cümlələri və acı istehzalı baxışları xəyalında canlanırdı. Ailələrindəki bütün bu anormallığın səbəbkarı kimi həmişə atasını günahkar bilirdi. Çünki atası özü daxil anasına da çox əzablar yaşatmışdı. Uşaq olarkən hər axşam evlərindəki dava - dalaşdan qorxaraq atasının zirzəmidəki artıq taxta parçalarından düzəltdiyi üç-dörd nəfərlik masanın altına girib gözlərini yumar, valideyinlərinin yüksək tonlu ağır cümlələrini eşitməməkdən ötrü isə əlləri ilə qulaqlarını möhkəmcə tıxayardı. İllər ötdükcə o, böyüyür, daha masanın altına yerləşməyəcək ölçüyə və yaşa gəldiyində isə həyətə keçərək bir küncdə Tanrıdan bütün bunları görməməsi üçün özünə rahat ölüm istəyərdi. Tanrı isə onun ağlamaqdan qızaran, səmaya zillənmiş gözləri qarşısında yenə də susurdu. Elə o vaxtdan Oanan bu pozğun cəmiyyətə ilk üsyanını Tanrıdan kömək istəməklə etmişdi. Qəlbindəki sevginin Tanrıya bəslədiyi hörməti aşmadan asta və tabe olmasına şübhə yaranmayacaq bir tonda həyatdakı ədalətsizlikləri tək- tək Tanrı üçün sadalayardı. Əminlik duyduğu bir qaydaya daha çox inanırdı: Tanrı ona cavab verməsə də onu eşidirdi. Minvoa Oananın psixologiyasına ciddi təsiri atasının vaxtsız ölümü daha çox göstərmişdi. Heç bir xəstəlikdən əziyyər çəkmədiyi halda qəflətən dünyasını dəyişən atasının ölümünə nə qədər  eybəcər görünsə də Oanan sevinmişdi. Daxilində “Lənətə gəlmiş əclaf daha mənim hər kiçik səhfimə görə məni təhqir edə bilməyəcəksən. Daha hər nöqsanımda mənə vurduğun sillələrdən qorxmuram!” – cümlələri damarları ilə bütün bədəninə axaraq Oananı titrəməyə məcbur edirdi. O, öz balaca ideyalogiyası ilə kimisə itirdiyini yalnız özü qədər əzablara məhkum edilmiş anasının göz yaşlarını gördüyündə anladı. Anası ağlayırdı, bütün yaxınları və tanışları kimi. Oanan heç cür bu göz yaşlarının səbəbini başa düşə bilmirdi. Yaşca böyüklərin söhbətlərindən eşitdiyi qədərilə atası xəstələndiyini olduqca yoxsul olduqları üçün ən son anda öyrənə bilmiş və görülə biləcək hər hansı müalicəyə imkanı olmadığı üçün taleyi ilə barışmışdı. Oanan kasıb olduqlarını artıq uşaq olarkən anasına verdiyi “Ana, niyə qonşudakı uşaqların velosepedləri var, mənim isə yox?” sualına aldığı cavabından öyrənə bilmişdi. Bu cavab onun uşaqlıq arzularını doyuzdurmasa da Oanan heç nəyi dəyişə bilməzdi. Valideyinləri işləmirdi. Ailələrinin isə yeganə gəlir mənbəyi atasının müharibə zamanı aldığı travmalara görə verilən cüzi miqdarda müavinatı idi. Anlamağa başladığı vaxtlardan sonra Oanan heç zaman kasıb olmayacağına dair özünə söz vermişdi, lakin real həyata inteqrasiya həddinə çatdığında əslində yaşadığı ölkədə diktatorların sosializm adı altında yaratdıqları manopoliyalar səbəbindən pul qazanmağın həddindən artıq müşkül bir məsələ olduğunu asanlıqla dərk etmişdi. Atasını itirsə də bu Oananın həyatında ciddi bir dəyişikliyə səbəb olmadı. Oanan kimi emotsional biri üçün ata sadəcə görüntü xarakteri daşıyan bioloji varliq deyildi. O, uşaqlıqdan ardıcıl on il, hər gün atasının onu yanına çağıraraq əzizləyəcəyini, sevgi dolu baxışlarla bağrına basacağını səbirsizliklə gözləmişdi. Atasının ona öyrədəcəyi həyat dərsini çox gözləmişdi. Uzun müddət normal atalar kimi olacağını, sonda isə bunun heç vaxt baş verməyəcəyinə əmin olunca Oanan sadəcə geri çəkilərək özünə qapanmağı seçdi. Minoa Oanan atasının itkisini hiss etmirdi. Yalnız iki halda atasına ehtiyac duyurdu: Hər dəfə övladının əlindən tutaraq onu əyləncəli attraksionlara aparan ataları gördüyündə və artıq yetkin biri kimi həyatın ədalətsizlikləri ilə təkbaşına qalınca qəlbində köməyə ehtiyyac duyduğunu hiss etdiyi zamanlarda. Bu halların heç birində isə atası sağ olsaydı belə Oananı bu xoşbəxtliyə layiq görməyəcəkdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0279 saniye