Bütün inancların fövqündə, Pəri!
Süzgün bir baxışla, nəzər sal bəri,
Nədən mataf qılmış, Yaradan səni?
Niyyətim oduna qızınmaq narın....
Günəşdən nur alan, gülüzlü dilbər,
Çox uzun zamandı, yoxdu bir xəbər
Sükutdan payını alıbdı əllər,
Mizrabam, oylağım sinəsi tarın....
Ustac nagümana, əli göydədi,
Gözəl nazsız olmaz, rufi-ədətdi,
Ruhu, hüzurunda ərzi-biətdi,
Təmənnası, olmaq qonağı yarın....
14.07.2013 / Bakı