ATIM BAXIM GÖRÜM BATIR
Rizvan Qorxmaz tərəfindən "Şeir" bolməsinə 10:07 09 iyul 2016 tarixində əlavə olunmuşdur

ATIM BAXIM GÖRÜM BATIR

İstəyirəm bir ox atım,
Oxa dərdlərimi qatım.
Düz fələyin ürəyinə,
Atım, baxım görüm batır?

Qəlbin kövrək tellərini,
Gözlərini, əllərini,
Dəryada gəmilərini,
Atım, baxım görüm batır?

İstəyirəm olum nizə,
Sancılım ürəyinizə.
Çatım qəlb tellərinizə,
Dartım, baxım görüm atır?

Könlümün sirdaşlarını,
Gözlərini, qaşlarını,
Tökülən göz yaşlarını,
Silim, baxım görüm axır?

Yanım Azərbaycan kimi,
Edim fəqan, üsyan kimi,
Olum lava vulkan kimi,
Axım, baxım görüm yaxır?

İllərimi yaş tək atım,
Günlərimi tək-tək atım,
Sözlərimi daş tək atım,
Atım, baxım görüm çatır?

Qoy mərmi deşsin canımı,
Axıtsın şəhid qanımı,
Bulaşdırsın bayrağımı,
Qoy sulasın torpağımı.

Axsın, baxım görüm, batır?

Rizvan Qorxmaz
03 iyul 2016


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0322 saniye