“Atmaq sindromu”...
Nuranə Rəhimova tərəfindən "Digər yazılar" bolməsinə 04:42 27 aprel 2012 tarixində əlavə olunmuşdur

     Bu ifadə yəqin ki, təkcə Azərbaycanda mövcuddur. Oğurluq ağır ittiham olduğuna görə onu qəbul etmək çətindir. Vicdan rahat olsun deyə yanıldıcı “Atmaq” ifadəsi köməyə gəlir. Yüngül- zarafatyana qlobal məsələni yola veririk gedir. Hələ bizim “yola vermək” sindromundan danışmıram, o, 30 dəqiqəlik vaxtıma sığmaz. Bizim azadlığımız konstitutsiyamızda yer alan vətəndaşların azadlıqları bölməsində müəyyən olunub. Və o azadlıqların içərisində “vətəndaşın digər vətəndaşa atmaq azadlığı var”  maddəsi yer almayıb. Amma biz nədənsə , daha doğrusu sərf etdiyinə görə demokratik və azad insan hər şey edə bilər prinsipinə əsaslanırıq. Atmaq bizlərdə həmişə mövcud olub. Keçəl Həmzə də Koroğluya Qıratı atmışdı. Amma o indikilərin yanında heçdir. O nə idi ki, hansısa bir insanın şəxsi mülkü. Ən son atışlar artıq şəxsi mülk sərhəddini çoxdan aşıb. 

   Yolların qıraqlarını hasara alırlar. Yolunuz Beynəlxalq Airoportdan Əzizbəyov metrostansiyasına qədər olan şosse ilə düşsə özünüz görərsiniz. Səliqəli, güllü-çiçəkli, çox gözəl mənzərə yaranıb. Bu hasarlar dövlət tərəfindən tikdirilir. Tikənlər isə muzdlu fəhlələrdir. Bu fəhlələrdə yaşları etibarı ilə “Spartak” filminə çox baxıblar. O filimdə muzdlu döyüşçülər üsyan edirlər. Amma bu ideyanı mənimsəyərək milli formaya salıblar. Muzdu döyüşçülər, daha doğrusu fəhlələr dövlətə atırlar. Hasarların tikintisi üçün gətirilən sementi satırlar. Demokratiya-xalqın hakimiyyəti bu imiş. Xalqın nümayəndəsi olan fəhlələr belə qərara gəliblər ki, bu sement bu hasarlara artıqlıq edər. Odur ki, hakimlik edib artıq saydıqlarını satırlar. Amma dərd bunula bitmir, hələ o sementləri alırlarda. Alırlar, hətta  daşıyırlar. Bu da olur, inkişaf , biz artıq hansısa qaçağa yox, birbaşa dövlətə atırıq. Nəticə isə bir iki ilə məlum olacaq. Yağış az sementlə tikilmiş hasarı bir maşının üstünə uçuracaq. 

     Və konsertə xoş gəlmisiniz. Muzdlu olduqlarına görə fəhlələr ortalıqda yoxdurlar. Dövlət bütün jurnalistlərə səhifələrcə hesabatlar təqdim edir ki, biz tam miqdarında sement ayırmışıq hasarın tikilişinə, hasar altında qalan maşın sahibi isə bir neçə il əvvəl bu hasar tikiləndə aldığı sementləri avtomatik şəkildə unudaraq başlayacaq konpensasiya tələb etməyə. Konsertin axırında həmişəki kimi günahkar dövlət olacaq. Dövlət nəzarət etməyib deyəcəklər. 

     Bu dövlət nəzarəti ümumiyyətlə mücərrəd varlıqdır. Hansısa nümayəndə bütün 24 saatını tam nəzarətə ayıra bilməz, o üzünü çevirən kimi nəsə yoxa çıxacaq. Hələ üstəlik o nümayəndənin də bizdən biri, bizimlə eyni xarakterli olduğunu nəzərə alsaq demək onda da atmaq sindiromunun əlamətləri mütləq şəkildə yer alır.

    Biz bunu açıq etiraf etməsəkdə yəqin ki, hər kəs qəlbinin dərinliyində bu sindromun mövcudluğunu qəbul edib. Bunu bilirəm, axı mən də bu dövlətin vətəndaşıyam.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+32=
Hesaba giriş
Müəllif

Nuranə Rəhimova
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram.
Əlaqə
E-mail:
erenbaku108@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0249 saniye