Avtobus sevgiləri
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 19:54 11 aprel 2014 tarixində əlavə olunmuşdur

- " Elçiiinn !! "

Bu qışqırtıya oyandım. Başımı qaldırıb , nə olduğunu anlamağa çalışdım. Müəllimənin əsəbi üzünü görəndə dərsdə olduğum yadıma düşdü. Dərsdə yatmaq olmazmış , müəllimənin boş-boş çərənləmələrinə qulaq asmalıymışam kimi sözlər tez-tez eşidirdim. Həmişəki kimi yorğun bir günü bitirib universitetdən ayrıldım. Universitetə gələndə yuxu axtaran gözlərim , gedəndə böyük sevinclə gedirdi. Avtobus gözləmək üçün dayanacaqda dayanmışdım. Elə bu vaxt onu gördüm. Sarı saçları gün işığından parıldayırdı. Uzun kipriklərindən axan gülümsəmə insanın üzündə təbəssüm yaradır , baxışlarımı ondan çəkməməyə vadar edirdi. O avtobusda əyləşmişdi amma mən növbətin gözləyirdim. Avtobus yavaş-yavaş gedirdi amma mən hələdə minməklə , minməmək arasında seçim edə bilmirdim. Son anda fikrimi dəyişib tez avtobusa mindim. Qızın düz başının üstündə durmuşdum. Gözlərim pəncərədən çölə baxır , hər 10 saniyədən bir gözucu sarışına yönəlirdi. Tez-tez çönüb mənə tərəf gülümsəməsi əslində məni ümidləndirmişdi. Nə edəcəyimi bilmirdim. Heç vaxt tanımadığım bir qıza nəsə deməmişdim , ona görə çəkinirdim nəsə deməyə. Bütün yolu sadəcə baxışlarımız söhbət etdi. 20 dəqiqə sonra qız ayağa qalxıb sürücüyə yaxınlaşdı və pulu uzadaraq saxlamasını söylədi. Qızın düşərkən pilləkəndə baxdığı məsum baxışları bütün yol boyu unuda bilmədim. Qulaqcığı taxıb əlimi pəncərə kənarına qoyanda , əlimin altında nəsə əzildiyini gördüm. Bu kağız parçası idi. Kağızı açdım içində yazılanları oxuyub gülümsündüm.

" Səndən ola bilər xoşum gəldi amma avtobus sevgilərini uzadıb digər sevgilər kimi ucuzlaşdırmağa , hər yoldan keçənin bir-birinə "səni sevirəm " deməsinə döndərmək olmaz. Bu sevgi qısa müddət ərzində yaranan ən məsum sevgidi. Qoy belədə qalsın ".


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
7+15=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0557 saniye