AXI BU DÜNYANIN NƏYİNƏ GƏLDİM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:46 15 noyabr 2017 tarixində əlavə olunmuşdur

Susqunluq, qaranlıq, tənha otağı 
Yandırdım kibriti çəkib çırağı. 
Yaman dəhşət imiş elin qınağı, 
Axı bu dünyanın nəyinə gəldim? 

Yenə düşüncələr, yenə fikirlər... 
Ürəyı sıxırlar, dara çəkirlər. 
Yetmədi dadıma dinməz şəkillər, 
Axı bu dünyanın nəyinə gəldim? 

Dost dedim,sarsıldı dostluğumuz da, 
Qış idi, əridi şaxta da, buz da. 
Qaldı ümüdlərim o vəfasızda... 
Axı bu dünyanın nəyinə gəldim? 

Seymuru qəriblər bəlkə anlaya.
Bir ürək sirdaşım ola,dinləyə.
İnsan özü seçmir,bunu  önləyə,
Axı bu dünyanın nəyinə gəldim?

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0267 saniye