Axirət
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:50 16 may 2016 tarixində əlavə olunmuşdur

Yuxu-zəif,kiçik ölüm,ölüm-şiddət,böyük yuxu,
Onların da arasında fərqli dünya gələn"yuxu".
Bu minvalla ömrümüzdə ölürük və dirilirik,
Başqa aləm səslərini,rənglərini dərk edirik.
Yatıb durmaq ölüb sonra dirilməyin bənzəridir,
Hər şey Onun əlindədir,O,əbədi,əzəlidir.
Uca Allah xəlq elədi insan oğlun,bu,hikmətdir,
Sona doğru gedirik biz,bu son yer də axirətdir.
Günahların cəzası,həm əməllərin mükafatı,
Bu dünyada verilməzdir,düşün başqa bir həyatı.
Elə isə son hökmünü,qərarını verən Odur,
Savabları,xətaları,əməlləri görən Odur.
Günahların cəzasını çəkəcəksən,bunu dərk et,
Saleh əməl işlədərək axirətə üzüağ get.

18.07.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.021 saniye