Axtarma indi
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 21:15 25 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Leyli - Məcnunları axtarma indi,
Qalmayıb onlardan əsər - əlamət.
Sözün də dəyəri o dəyər deyil,
Qalmayıb elə bil sözdə bir kəsər. 

Həmişə olubdur söz sərrafları,
Dinləyən tapılar söz deyən olsa.
Gözlərim üstündə yeri var hər vaxt,
Sözünü qərəzsiz, düz deyən olsa. 

Axxtarma, yaxşı söz - yaxşı əməldi,
Gözəllik yaxşının, düzün içində.
Hər kəsin necə bir insan olduğun,
Axtarsan taparsan sözün içində.


... dəfə oxunub
Qiymət: 10/10(992 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0273 saniye