Ay bulaq başında dayanan gözəl...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:07 15 dekabr 2014 tarixində əlavə olunmuşdur

AY BULAQ BAŞINDA DAYANAN GÖZƏL.....

Ay bulaq başında dayanan gözəl,
O bulaq suyunda yuyaydım səni.
Sonra da götürüb əllərim üstə,
Çiçəklər üstünə qoyaydım səni.
***
Yanağın lalədir,dodağın püstə,
Zülfün tökülübdür çiyinlər üstə.
Dərdindən olmuşam ürəyi xəstə,
Dərdimə aşina duyaydım səni.
***
Mövludam,vuruldum səntək gözələ,
Bağladım qəlbimi şerə,qəzələ,
Bu dağlar qoynunda qurub bir tələ,
Mahir bir ovçutək tutaydım səni

12.07.1982.Qrız.(Mövlud Ağamməd)    


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0402 saniye