Ay işığı
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:26 18 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Çarpayıda uzanaraq kitab oxuyurdu. Xəfifcə gülümsəməsini əskik etmirdi. Tumbanın üstündəki telefonun mesaj səsinə sevindi. Kitabı bir kənara qoyub telefonu əlinə aldı. Mesajı oxudu. Gözləri parıldadı. Cavablayıb cəld ayağa qalxdı. Analı dolab qarşısına keçid edərək özünə tamaşa etməyə başladı. Əyində çəhrayı vadolaz və tünd cins şalvar vardı. Saçlarını at quyruğu yığaraq balonlu jiletini çıxartdı. Telefonunu əlinə alıb otağından çıxdı. Atası qəzeti vərəqləyirdi. Anası sevimlli serialını izləyirdi. 2 yaş kiçik qardaşı kompyuter işi ilə məşğul idi.

Əsmər. 22 yaşı təzəcə tamamlanmış gənc qız. Mühasibatçılığı oxuyub bitirmişdi. Elə oxuduğu ali təhsil müəssisəsində işə düzəlmişdi. Oxuduğu illərdə ona aşiq olanların da, elçi gələnlərin də sayı bilinmirdi düzü. Qız nəzakətlə onlara etirazını bildirib yoluna davam edirdi. Onun yerində olmağı dəlicəsinə arzulayan qızlar kimi "ağ atlı şahzadə" arzusu ilə yatıb qalxmırdı. Onu heç maraqlandırmırdı da. Sadəcə gələcəyinə doğru inam və sevgi ilə addımlamasında idi. İstefaya çıxmış hərbçi atası Malik bəy qızının xətrini çox istəyirdi.

Əsmərin yavaşca dəhlizə girdiyini sezən atası qəzeti qatlayıb kənara qoydu. Əsmər ketlərini ayaqlarına keçirtdi. Atası təbəssüm edərək qızının yanağına sığal çəkdi. O, Əsməri hər kəsdən çox anlayırdı. Anasının mühazifəkar tipli qadın idi. Qızının azadlığından xoşlanmayıb ona qarşı çıxsa da,ərinin zəhmindən çəkinərək geriyə addım atmağa məcbur olurdu. Əslində Əsmər anasını qınamırdı. Əksinə, anlayırdı onu. Amma gəncliyinin dadını çıxartmaq kimi dəli istəyini də boğmaq istəmirdi.

Həyətə düşüb skamyada əyləşdi. Bir az zaman keçdi. Əsmərin müsbət aurası burada da özünü büruzə verdi. Onun yerində olan başqası bəlkə də əsəbiləşib söyə-söyə evə doğru gedərdi. Amma Əsməri bu kimi kateqoriyalara aid etmək səhv olardı. Üzünü qaldırıb aylı gecənin səmasını izlədi. Təbəssümlə seyrçi oldu. Telefon səsi. Əlinə alıb ekranına baxdı. Məktub.

"Yaxınlardayam"

Gülümsünüb başını buladı. Rahatca söykənib gözlərini qapatdı. Səssizlik. Arxa tərəfdən getdikcə yaxınlaşan kölgə. Barmaqlarını qızın üzündə gəzdirib yanağını öpdü. Əsmər sevincək gözlərini açıb arxada başı üstündə dayanaraq sevgi dolu ona baxan Turalı gördü. Tural əyilib alnını öpərək başı ilə qızın qalxıb onunla birgə getməsinə işarə etdi. 

Hər ikisi əl-ələ qaralıqların səssizliyində gəzib dolaşırdılar. Sevgi dolu gözləri kəsişərək bir-birlərinə mesaj ötürürdülər. Tural anidən ayaq saxlayıb Əsmərin üzünü əlləri arasına aldı. Nəfəsini onun üzündə hiss etdirməyə başlayınca qızın gözləri ixtiyarsız qapanmağa başladı. Tural Əsmərin üzünün hər bir nöqtəsini bir-bir, incəliklə öpməyə başladı.

Əsmərin Turalla tanışlığı nə adi, nə də qeyri-adi idi. Hər ikisi axşam iş çıxışında bir dayanacaqda dayanıb avtobusun gəlişini gözləyirdilər. Tural bir kənarda duran Əsmərə baxıb gülümsəyirdi. Səbəbini özü də bilmirdi. Kiminsə gözlərini öz üzərində sezən Əsmər isə bundan heç də narahat olmurdu. Birinci dəfə deyil ki, belə olayla rastlaşsın. Getdiyi hər məkanda baxışları maqnit kimi özünə çəkirdi. Hətta buna görə onu qısqanan iş yoldaşları ondan küsmüşdülərsə, gec-tez səhvlərini anlayıb barışıq təşkil etmişdilər. Amma bu dəfəki baxış nəsə tam başqa cür idi sanki. Maraq Əsmərə güc gəldiyi üçün qorxub çəkinmədən Turala yönlədi. Yaxınlaşıb onunla qarşı-qarşıya dayandı.

-Cənab, mənə yaman çox baxırsınız.

-Bilirəm, xanım qız,-səmimi təbəssümlə cavabladı.

-Məsləhətli deyil.

-Onu da bilirəm.

Bu zaman avtobusun gəlişi ilə söhbətləri və bir-birlərinə zillənən gözləri yarıda kəsilməli idi. Amma alınmadı. Hər ikisi bir-birlərinə qığılcımla parlayan baxışlardan qopa bilmirdilər. Nəfəslər içəri çəkildi...


... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0383 saniye