Ay və Günəş tutulması
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 00:37 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Ay, Yer ilə Günəş arasında olduqda Ay və Günəş disklərinin mərkəzi dəqiq şəkildə üst -üstə düşərkən Günəş tutulması baş verir.

Yaxud da elə olur ki, bədrlənmiş Ay zamanı Yer onun üzərinə kölgə salır və bu zaman Ay tutulması baş verir.

Ay Yerə oxşamır. Ayda canlı aləm, bir damcı su, ətrafında hava təbəqəsi – atmosfer də yoxdur. Əgər Aya durbinlə diqqətlə baxsanız onun səthindəki kələkötürlüyü, yəni – Ay dağlarını görə bilərsiniz.

Tam Günəş tutulması zolağının eni 270 kilometrdən böyük olmur. Odur ki, tam Günəş tutulması aramsız olaraq qərbdən şərqə tərəf “sürüşən” çox ensiz zolaqda müşahidə olunur.

Bunun səbəbi Yerin ətrafında böyük sürətlə dolanan Ayın kölgəsinin Yerin səthində 1 kim/san sürətlə şərqdə tərəf “qaçmasıdır” (məsələn, Avropadan Asiyaya, yaxud Cənubi Amerikadan Atlantik okeanından keşməklə Afrikaya tərəf). Əsasən bu səbəbdən də Yerdə tam tutulma zolağında olan bir məhəldə tutulma 7 dəqiqədən uzun çəkmir; çox zaman isə 2-3 dəqiqə davam edir. Hər il ən azı iki Günəş tutulması baş versə də eyni bir məhəldə-ərazidə xüsusilə tam Günəş tutulması zamanı nadir hadisədir-200-300 ildə bir dəfə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0265 saniye