Ayan
Shams Mammadbayli tərəfindən "Hekayə" bolməsinə 12:08 27 iyul 2015 tarixində əlavə olunmuşdur

Ayan yuxudan oyanmışdı. Pəncərənin qarşısında məktəbə gedərkən odlu küləyin üzünə vurduğu günləri,dənizdə tufan qalxdığı,Xəzərin köpüklü çılğın dalğalarının coşduğu zamanları,gecələr narın-narın yağan yağışları,islanmış torpaq qoxusunu,soyuğun qılınc kimi kəsdiyini,boranlı,çovğunlu günlərini düşünürdü. Lakin artıq qış qurtarmış,boranlar,çovğunlar da sovuşmuşdu. İndi hər səhər günəş qızaran üfüqlərdə boy göstərir. Dəniz gülümsəyir,Xəzərin ağ köpüklü dalğaları bir-birini təqib edir,quşlar nəğmə oxuyur,rəngarəng güllər açır və ətrafa xoş,bihuşedici ətir yayılır. Bütün bunları gördükcə,ürək kaman kimi titrəyir,qəlblərə sığmayan arzular dilə gəlir. Belə vaxtda gözəl bir musiqiyə qulaq asmaq insana zövq verir. Yayda insanlar daha mehriban,daha xoşbəxt,daha istiqanlı,daha rahat olur. Axşamlar bir süfrə başına yığışıb,ailə fərdlərinin xoş söhbətlərinə qulaq asmaq insana laylay kimi gəlir.Sinəsi dolu nənə ilə babanın nağıllarını,hekayələrini dinləmək başqa bir ləzzətdir. Onların gəncliklərini öyrənmək, bəzən sözlərinin çəp gəlməyini, məzəli,gülməli əhvalatları eşitmək çox gözəldir. Pürrəngi çaydan sonra təmiz,gecənin xoş ətrini alaraq sayrışan,itib,sonra yenidən görünən parlaq ulduzları seyr edərək xəyallara dalmaq insanın mənəviyyatına rahatlıq verir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0289 saniye