Ağla və gül
Yaşa ve sev
Bağlan və sil
Unut və öl
Usta yaman möhkəm işləyirdi.Bütün işlərində olduğu kimi bu işinədə yamanca qayğı ilə yanaşırdı.İlk əvvəl boğazın hazırladı,sonra yavaş yavaş dabanın ve bir iki gün möhkəm işlədikdən sonra tamam işini qurtarmışdı.Hazırlıqından bir iki gün keçmişdiki o özünə təzə dostlar tapmağa bawladı.Adını hələki bilmirdi amma sadəcə insanlar onu ayaqqabı adlandırırdı.Dünyaya gəldiyi ilk gündən gördüyü kablok adlı ayaqqabını sevməyə bawlamıwdı.Həyatının daha qəwəng daha əyləncəli daha maraqlı olacağına şübhə etmirdi,cünki usta her gün rəfdən onu qayği ilə götürür,qayğı ilə tozunu silir,qayğı ilə yerinə qoyurdu.Demek olarki ilk bir həftə hamı öz yaradılışından danışdılar.Hamı özünün necə çətin sınaqlarla yaradılmasından danışırdı.Həyat cox zaman sənə bir şey verib bir şeydə götürür.Ayaqqabı üçündə belə oldu.Adi günlərdən biri idi.Usta yenə həminki kimi qayğı ilə ayaqqabını götürüb qayğı ilə tozunu silib yenidən rəfinə qoydu.Saat hardasa iki olardıki kök yekə uzunburun bir kişi içəri girdi.Yerişindən çox hörmətli birinə oxşayırdı.Bir neçə dəqiqə usta ile sohbətləşdikdən sonra onlar düz ayaqqabıya tərəf addımlamağa bawladılar.Ayaqqabıya çatıb usta ehmalca ayaqqabını götürüb kişiyə verdi.Ayaqqabı ilk dəfə görmədiyi əzabı gördü.Gözləmədiyi vaxtda özünü yerdə tapdı.Həyatdan coxmu şey isteyirdi? Axı o adi ayaqqabı idi.Onun borcu idiki sahibinin ayağın yerdən üzsün.Beləcə yavaş-yavaş öz həyatı ilə razılaşmışdı.Artıq anlayırdıki həyat sadəcə bu dünyaya gəlib öz borcunu ödədikdən sonra bu dünyadan köçmək üçün yaradılıb.Və həyatda bədbəxt insan olmamaq üçün calışmalısan sadəcə calışmalı və o qədər yüksək olmalısan ki,səni hər adam bir ayaqqabı kimi geyinib tullamasın...!