Aydınlıq mübarizəsi
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 10:44 05 avqust 2015 tarixində əlavə olunmuşdur

Həqiqətlər sahilə çıxmaq istəyərkən ruhumuzun dənizlərindən, hər zaman sərinlik bəxş etməz bizə. Bəzən öz ruhumuzun qaranlıq yanları özünü biruzə verərkən, içimizdə böyüyüb, alov-alov yanan hissi gizlədə bilmirik. Nifrət, kin və isyan burulğanı içimizi param-parça edərkən, yaxşı qalmaq üçün verdiyimiz mübarizələrimiz var. Ah, bir göydəki varlığı ya yoxluğu bilinməyən Tanrının anlayacağı əzablarımız var. İçimizdəki cəhənnəmin necə bütün ruhumuzu və bədənimizi ələ keçirdiyini hiss etdiyimiz əzablarımız. Susub, içimizdə yığdığımız hər ağrılı xatirə üçün intiqam almaq deyil bu. Bu, küncə sıxışdırılmış canımızın özünü müdafiə üçün etdiyi hücumdur. İçində yığılmış bütün hisslərin qusulduğu anlar var məsələn. Dost, otağının bir küncündə bağırdığın gecələrini bilirəm. İçindən gəldiyi kimi nifrətini püskürə bilmədiyini, üzünə vurulan hər acı sözə qarşılıq susmağa məcbur olduğun anlarını bilirəm...

İnsanın əzab çəkib, qarşılığında susmağa məcbur olmağı da başqa əzabdır.

İçində bu qədər nifrət varkən yaxşı insan olmağa çalışmağını bilirəm. Bəzən necə soyuq qanlı birinə dönüşdüyünü hiss edərkən, canavara dönüşdüyünü anladığın anlarda dəhşət hissinin səni bürüdüyü anlarını bilirəm...

Güzgüdə gördüyün, gözlərinin içində gülən şeytanı boğmağa çalışdığını da...

Bu dünyadakı əzablarımızla cəhənnəmi yaşayırıq bizlər. Hər birimizin qaranlıq yönləri vardır. Amma bu dünyada əsl mübarizəni, əzab çəkmiş və bundan sonra aydınlıq tərəfindən qopmamışlar verir...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.035 saniye