AYRILIQ GÖRÜŞÜ
Təbriz İslam tərəfindən "Şeir" bolməsinə 17:05 09 fevral 2017 tarixində əlavə olunmuşdur

AYRILIQ GÖRÜŞÜ

 

Röyama gəlmişdi o sevgili yar.

Sözü çox olsa da dili tutulmuş,

Bircə söz deyib ağladı zar-zar.

O yazıq yamanca qəmə qərq olmuş.

 

“Bağışla sevgilim əlini gətir,

Əl-ələ tutub biz barışaq yenə”!

Ah  dili dodağı əsirdi tir-tir!

Hələ tam çatmamış əli əlimə.

 

Əl həmən əl idi, elə o vaxtkı

Amma, o ağladı çəkib bir də, ah.

Nişan üzüyünü barmağımdakı,

Utancaq baxışla o görüb hərgah.

 

Xəyanət yarımı alsa da məndən,

Sadiq qalmış idim verdiyim sözə.

Üzüyü atmadım heç vaxt əlimdən,

Gözlədim bu günü mən dözə-dözə.

 

Bağrıma sıxdım mən onu bərk-bərk.

Fəqət, o gəlmədi heç mənə sarı.

Ölümü öldürə bilərdim gərək.

Məni qabaqlayıb öpdü o yarı.

 

TƏBRİZ İSLAM


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

Təbriz İslam
Haqqında

Əlaqə
E-mail:
tebriz_islam@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0228 saniye