Ayrılıq hekayesi....
Peri Eliyeva tərəfindən "" bolməsinə 05:34 11 avqust 2012 tarixində əlavə olunmuşdur

Bir ayrılıq hekayəsi ...

Öncə susacaqsan qarşımda ! Heç danışmayacaqsan !

Yalnız küləklər danışacaq bizimlə , səssiz və bir sükut içində vaxt gəlib keçəcək.

Sonra çıxıb gedəcəksən səbəbsizcə , arxaya belə baxmadan !

Gürurumuda alıb aparacaqsan , əzilmiş duyğularımıda!

İtəcəksən gözümün qabağından,gedəcəksən gedəcəksən ...

Eynində ilk görüşdə geyindiyim libasım olacaq və cibimdə sənə yazdığım bütün şerlər ,

Sonra başın aşağı

Sonra günahkar

Sonra param-parça gedecəksən ...

Ağlamayacaqsan nədənsə ...

Yavaş-yavaş silinəcəksən və son ayrılığımız belə olacaq !

Görməyəcəm uzun bir müddət səni ,

Unutmuş olacaq bu ürək səni !

Çixmayacaqsan daha küçə başında qarşıma!

Bütün xatirələri silib atacaqsan ...

Həyat pilləkanlarını mənsiz , tək , tənha , yalqız çıxacaqsan !

Və vaxt gələcəkki mütləq deyecəksən :

“Belə oldu bizim sevgimizin sonu ...”


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+11=
Hesaba giriş
Müəllif

Peri Eliyeva
Əlaqə
E-mail:
periii@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0268 saniye