Ayrılıq...
Ayrılıq ən ağır dərddir,
Qəlbimdə gizlicə çəkirəm,
hamı bundan xəbərsizdir.
Axır gözlərimdən suyu dənizin,
Ağlayıram gizlin-gizlin.
Heç kim çatmır harayıma mənim,
Kimə deyim dərdimi,ay ömrüm-günüm?
Getdin,gedişinə ağladım,
Sən gedən yollara baxa
qaldım.
Gedişin yaman sarsıtdı
məni,gülüm.
Sən gedəli istədim danışım,gülüm...
Bacara bilmədim,
ağladım yenə.
Axı necə dözüm son gedişinə?
2.02.1984.Zərdabi.Mövlud Ağamməd)