Ayrılıq
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 12:57 25 mart 2015 tarixində əlavə olunmuşdur

Qəlbimə vurmuş yara həsrəti-hicran, ayrılıq.

Eyləyib indi məni biçarə, nalan ayrılıq.

 

Hər dəqiqə, hər bir an ruhumu şəmtək yandırar,

Qəm verər, qüssə verər, verməz ki, dərman ayrılıq.

 

Sevgidə xoşbəxt idim, arzularım oldu yalan,

Sevgimin baxçasını eylədi xəzan ayrılıq

 

Qalmayıb zərrə dözüm, hər günüm ildir mən üçün

Dəyişib gözümdə də vaxt ilə zaman, ayrılıq.

 

Taleyin hökmü ilə barışmaq acı olsa da,

Hər şeyə - qismət - deyib, dözəcək Cinan, ayrılıq.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye