Ayrılıq...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 15:38 11 aprel 2016 tarixində əlavə olunmuşdur

"Ayrılıq"

Sinələrə çalın-çarpaz dağ çəkib,
Ürəklərə dərd salacaq ayrılıq.
Bir də gördün bezəcəkdir ağrıdan,
Ağrı gedib tək qalacaq ayrılıq.
***
Heç üzülmə qara bəxtin rənginə,
Möhnət səni çəkəcəkdir cənginə.
Qalxacaqdır xatirələr ənginə,
Xəyallara çox dalacaq ayrılıq.
***
Aşiq Mövlud,inanıram zövqünə,
Ehtiyat et bivəfanın sövqünə.
Leyli misal bir gözəlin şövqünə
Dərdi verib qəm alacaq ayrılıq.

22.06.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0447 saniye