Ayrılıq
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:03 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Ayrılıq məndən nələri aldı
Nələri qoparıb apardı məndən
Həsrət adlı quyunun dibinə saldı
Üstünə tor çəkdi kədərdən, qəmdən

Ayrılıq nələri məndən gizlədi
Gözümün önündən nələr itirdi
Atdığım hər addımı bir-bir izlədi
Başıma görülməz işlər gətirdi

İsmini ismimə o elədi yad
Ruhumu cismimdən o ayrı saldı
Ürək dərdə dözmədi, çəkdi min fəryad
Döyüşdə ayrılıq qələbə çaldı

25.02.2016

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0197 saniye