Kamil hər nə qədər çaba göstərsə də, olmurdu. Özü ilə bacarmırdı heç cür. Gözlərini o qadından çəkmək nədir, bilmirdi. Bütün dedi-qoduların heç bir təsiri olmurdu. Baxmayaraq ki, özü adi, gənc işçi, o isə yaşlı müdirə idi. Boşanmış müdirə. Hansı ki, ərinin davamlı xəyanətlərindən bezib səsini qaldıra bilmişdi. Bütün qohum-əqrəbaların tökülüb gələrək ona məsləhət verməsinə rəğmən qətiyyətlə boşanma qərarından bir addım da geriləməmişdi. 2 balası vardı. İkisini də itirdi pul gücünə alınmış məhkəmə qərarına əsasına. 7 yaşlı Cavid və 5 yaşlı Mirvari. Ataları uşaqların ciddi mühafizəsini təşkil etmişdi. Nə uşaqları analarını görə bilirdilər, nə də ana uşaqlarını. 1 il müddətində məhkəmələrə baş vursa da, hamısınınn faydasızlığını anladıqdan sonra keçmiş əri ilə üzbəüz danışmağa qərar verdi. Razılıq əldə olunmadı. Və belə olan təqdirdə keçmiş ərindən qisas alacağını and içdi. Amma planını həyata keçirdə bilmədi. Ad günündə eşitdiyi qəza xəbəri ilə dünyası əbədi qaraldı. Keçmiş əri ilə canından can olan 2 balasını itirmişdi...
Aradan 9 il keçmişdi. Bugün sabah 40 yaşı olacaqdı. Amma gözəlliyindən, ideal bədən quruluşundan bircə qram da olsun heç nə itirməməsi ilə çoxlarını heyrət içində qoymağı bacarırdı. Amma üzündəki buz ifadəni görənlər yerindəcə quruyub qalırdılar. Bu "lənətəgəlmiş" 9 il ərzində onun nələr yaşadığı heç kim bilmirdi. Heç kəs ağzını açıb nəsə soruşmağa cürət edə bilmirdi. Soyuq baxışı ilə insanı üşüdən buztək gözləri.Əlavə sözə ehtiyac varmı?!
-Jalə xanım, olarmı?!-deyə Kamil qapı ağzında batmış səsini işlək vəziyyətinə gətirməyə çalışdı.
-Buyurun,-başını sənədlərdən qaldırıb quru səslə Kamilə dedi.
İçəri daxil olub əlindəki qovluğu Jaləyə təqdim etdi...