Aysel Abdullazadə: "Lunaparka gedər, əylənərdim" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 16:56 22 dekabr 2015 tarixində əlavə olunmuşdur

Qeyri-rəsmi müsahibim layihəsinin bu günkü qonağı, yazar, pedaqoq, sayt rəhbəri və sadəcə gözəl qəlbli, səmimi, təbii, fədakar insan, dost, maraqlı həmsöhbət və fərqli, aktual mövzulara toxunan köşə yazarı olan Aysel xanımdır.

1. Sizin üçün Aysel Abdullazadə kimdir?
– Öz dünyası olan və o dünyada "təkliyi” ilə yaşayan bir insan…

2. Aysel adının mənası "Ay işığının seli, ay kimi parlaq, gözəl” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?
– Bəli, tam mənə uyğun olduğunu düşünürəm. Təsadüf deyil ki, Ayı da çox sevirəm, gecələr saatlarla pəncərə önündə oturub izlədiyim olur.

3. Sizin üçün uğur düsturunun elementləri nədir?
– Kitab dostluğu və risk. Kitablar dostunuzdursa və risk etməyi bacaracaq cəsarətiniz varsa, uğurlu ola biləcəksiniz.

4. "Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
– Hər şey və ya heç nə… Ya minimum, ya maksimum prinsipi ilə yaşayanlardanam. Ortalama mənlik deyil.

5. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
– Məncə, təsadüf anlayışı yoxdur, olan zəruriyyətdir, mütləq bir işə yarayırsa, bu, təsadüf ola bilməz.

6. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?
– Bu günkü Aysel Abdullazadə həyat məktəbinin yetirməsidir.

7. "Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
– Kəsinliklə! Bunu şəxsi təcrübələrim təsdiqləyib.

8. "İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
– İstəməsək də, əməl etməyə bir növ məcbur olmuşuq. Siz də həmkarım olaraq bilirsiniz ki, müəyyən bir oxucu kütləsi var ki, rəyləri ancaq yola verilməlidir və bu prinsiplə qarşılanmalıdır.

9. Sonrakı peşmanlıqda fayda varmı?
– Mütləq var. Peşman olmaq eyni səhvi bir də təkrarlamamağı öyrədir.

10. Sizcə, susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
– Məncə, yola vermək. Çünki razılıq əlamətini susaraq bildirmək qeyri-dəqiqdir. Elə olmaya da bilər. Ona görə də susmaq – yola verməkdir.

11. Sizin üçün ən uğurlu sərmayə nədir?
– Yaşamaq üçün pul, arzuları gerçəkləşdirmək üçün pul, irəliləmək üçün pul…

12. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
– Lunaparka gedər, əylənərdim.

13. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
– Geriyə qayıtmaq kimi bir fikrim yoxdur. Heç vaxt olmayıb. Ancaq və ancaq irəliyə – gələcəyə gedərdim. Bütün arzularımı gerçəkləşdirmək üçün gələcəyə sürərdim o maşını…

14. Əsl dost – xoş günün dostudur, ya dar günün?
– İkisi də. Həm xoş gününə sevinməli, həm də dar günündə dəstək olmalı.

15. Maraqlı yazılar, şeirlər yazmaq, dərs demək, öyrətməkdən başqa bir yaradıcı istedadınız varmı?
– Hobbi olaraq dizayn-interyer işini çox sevirəm, xüsusilə də, ev döşəmək qonusunda. Gələcəkdə dəniz kənarındakı evimin dizaynına beynimdə hər gün yenilik edirəm.

16. Tənqidə münasibətinizi bilmək olarmı?
– Sağlam tənqidə hər zaman açığam.

17. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
– Riski sevənlərdənəm. Risk etmədən nəyəsə nail olmaq müşkül məsələdir. Risk bir az da cəsarət işidir. Az olmayıb risklərim…

18. Sizcə, siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?
– Yetərincə tanıyıram. Məni sıxan, bezdirən şeyləri bilirəm. Bu üzdən bir insanla ünsiyyətdə buna çox önəm verirəm. Sıxıldımsa, alınmaz. Düşmən olan tərəfim tez inanmağımdır, dost olan yanım isə sevgi dolu olmağım…

19. Sizcə, öyrənmək asandır, yoxsa öyrətmək?
– Öyrənci kimi öyrənməyim asandır, öyrətmən kimi öyrətdiklərim deyə bilər. Subyektə görə dəyişən sualdır.

20. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyyəniz nə olardı?
– Gəncliyimiz, yəni belə desək,1997-ci illərdən bu tərəfə olan gənclik ürəkaçan deyil. Fikirlər bəsitdir, düşüncələr anlamsızdır, yorumlardan utanırıq bəzən gənclik adına. Amma istisnalar var, əlbəttə. Çox mütaliə olunmalı, gənclər tədbirlərdə iştirak etməli, şəxsiyyət kimi formalaşma lazımdır, bir növ bunlarla eyitilməlidir gənclər.

Xoş söhbət üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm.

Söhbətləşdi: Günel Fərhadqızı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0288 saniye