Aysel, gəl...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 13:44 13 dekabr 2015 tarixində əlavə olunmuşdur

Tural Sahabın Aysel Abdullazadəyə həsr etdiyi şeir:

Aysel, gəl bura,
sən tam mənə görəsən
gözün, qaşınla
25 yaşınla
gəl səninlə şeir yazaq
utancaq bir sevgiyə
tutub əl-ələ
qaranlıq gecələrə
aydınlıq olaq...
bütün darıxmaqları
dəmsiz çayları
dənizlərə qovaq...

Aysel, qaçma məndən
bəlkə də mən o gözlədiyinəm
bir əlimdə şeirlər
o birində xəyallar
deyəsən, bir az da dəliyəm...

Aysel, bilirəm ürəkləri ilə gülür qadınlar
gözləri ilə danışıb
sevdimi, adam kimi sevir qadınlar
öz bəndlərini aşıb
sən də məni elə sev
Aysel, deyim biləsən
mən bir az uşaq
bir az qoca kimiyəm
gərək, sən də elə olasan
hər sabah ruhuma
dəmli bir çayla dolasan
Aysel, gəl bura
inan ki, peşman olmazsan
ya da olarsan, bilmirəm...
ancaq sən yenə də gəl...

Tural Sahab...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye