Azadlıq Heykəli
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 14:27 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

"Amerika" deyilincə bir çoxumuzun ağlına heybətli duruşu və əlində məşəli ilə Azadlıq Heykəli gəlir. Azadlıq Heykəli, demokratiya və azadlığın beynəlxalq simvoludur və Azadlıq adası sərhədləri içərisində Nyu York əyalətində yerləşir. Bu heykəl tarixdə fransızların amerikalılara bir hədiyyəsidir.

Heykəli Fransız heykəltəraş Frederik Ogüst Bartoldi hazırlamışdır. Bartoldi bu heykələ Fransada 1875-ci ildə başlamışdı və 1886-ci ildə tamamlamışdı. Heykəl Fransadan Amerikaya 350 parça halında gətirilmişdi. Gətirən gəminin adı isə İzer idi. İşçilər bu iş üçün tam 4 ayını xərcləmişdilər.

Azadlıq Heykəli məşələsi birlikdə 93 metrdir. Ziyarətçilər heykəlin təpəsindəki taca çata bilmək üçün 354 pillə çıxır və ya lift kirələyirlər. Tacda 25 pəncərə var və ziyarətçilər Nyu York mənzərəsinin dadını çıxarır. Buradan bənzərsiz Nyu York mənzərəsinin fotoşəkilini çəkirlər və istirahət hissələrində dincəlirlər. Tacın 7 çıxıntısı dünya üzərindəki 7 qitəni simvolizə edir. Heykəl ledi bir əlində məşəl, digər əlində isə üzərində Amerikanın müstəqillik günü olan 'July 4, 1776' yazılı olan bir tablet tutur.

Azadlıq Heykəlini hər il 5 milyon insan ziyarət edir və bu maraqlı tarixi öyrənir. Heykələ çatmanın tək yolu isə bərədir. Bərə qiymətləri isə yetkin ziyarətçilərdən 10 dollar, 12 yaşından kiçik ziyarətçilərdən 5 dollar olaraq təyin olunmuşdu. Hər 30 dəqiqədə bir Nyu Yorka bərə səfərləri təşkil edilir. Ümid edirik ki bir gün fransızlardan amerikalılara göndərilən bu maraqlı hədiyyəsini görmə imkanını taparsınız.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0335 saniye