Azadlıq qəfəsində Ruhun şad olsun
Azər Şamxalov tərəfindən "Şeir" bolməsinə 00:15 05 fevral 2015 tarixində əlavə olunmuşdur

Eşit gör nə deyirəm
Bələdiyyə dedi ki boş yer qalmayıb
Bilmədim neyniyim
Bir yerə basdırmalıydım
İçimdə basdırdım səni
Bilirsən necə çətin oldu
İnan Allaha,zülm çəkdim
Nə qaldıranın oldu,nə ağlıyanın
Tək elədim bunların hamısın
Hər gecə dört sətr şeirnən qazdım qəbrini
Ruhun şad ola, "qırxın" təzə çıxıb.    

 

Eşit gör nə deyirəm
Orada necədi vəziyyət?
Allah əlbət bağışlayandır
Ama birdə adamda üz ola gərək
utandığını dedin ona?
Peşiman olduğunu dedin?
Dedinmi ona azadlıq bildiyin qəfəslərə görə getdiyini?
Dedinmi ona,rahatliq bildiyin
Narahatlıqlara görə bunu etdiyini?
    

 

Eşit gör nə deyirəm
Üzün olsa məni,məhşərdə dindirərsən
Birdən ölmərsən diri-diri gömərəm səni
Ölmədiyini mənə yuxumda bildirərsən
  


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0249 saniye