Azadlıq Şəhidləri
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 22:06 20 yanvar 2017 tarixində əlavə olunmuşdur

Allah yolunda öldürülənlərə(şəhid olanlara)”ölü deməyin”.Əksinə,onlar (Allah dərgahında) diridirlər,lakin siz bunu dərk etmirsiniz.

“Bəqərə” sürəsi 154

Azərbaycan tarixinin qızıl səhvələrinə bir ölməzlik dastanı yazdılar. Məğrur baxışları soyuq daşlara həkk olundu. Sabahı düşünmədən Azadlıq toxumunu torpağa səpdilər. Nə tank,nə güllə,nədəki ölüm yollarında döndərə bilmədi.Ürəklərdə əbədi məskən saldılar.Elə bir məskənki,məzarları belə olmasa bir millətin bir ulusun qəlbində yaşayacaqlar. İllər,əsirlər belə keçsə sizlər unudulmayacaqsınız. Qanlı gecənin şəhidləri bəşəriyyəti heyrətə saldı. Lərzəyə gəldi bütün cahan.Analarla birgə ağladı tər qərənfillər.Sevgi üçün,vətən üçün 70 illik əsarətin zəncirini qırmaq üçün xəyallarından,sevdiklərindən keçdi şəhidlər. Bir vətəndir, canım fəda söylərək ucaldılar zirvəyə.

Azadlıq odunun pərvanəsi oldu Azadlıq Şəhidləri.

Məhəbbəti vətən,sevgisi vətən.

Azadlıq şərbətin içər şəhidlər

Verər sinəsini güllə önünə,

Ölməzlik zirvəsinə yeter Şəhidlər.

Günel Ağayeva


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.023 saniye