Azərbaycan Cümhuriyyətinin ilk generalları
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 11:37 20 mart 2016 tarixində əlavə olunmuşdur

 Azərbaycan Cümhuriyyətinin ilk generalları 21 nəfər olmuşdur.Onların Cümhuriyyət zamanında Vətən qarşısında etdiyi xidmətlər danılmaz və unudulmazdır. Əfsuslar olsun ki,bolşevik-daşnak işğalından onlar da öz nəsibini almış və şərəfli ömür yolları acı sonluqla bitmişdir.Cümhuriyyət dönəminin 21 generalı aşağıdakılar idi:

Səməd bəy Mehmandarov,

Əliağa Şıxlinski,

Xosrov bəy Sultanov,

İbrahim ağa Vəkilov,

Həbib bəy Səlimov,

İbrahim ağa Usubov,

Hüseyn xan Naxçıvanski,

Mirkazım bəy Talışxanov,

Firudun bəy Vəzirov,

Qalib bəy Vəkilov,

Daniyel bəy Hələcov,

Əliyar bəy Haşımbəyov,

Süleyman bəy Əfəndiyev,

Teymur bəy Novruzov,

Əmir Kazım mirzə Qovanlı-Qacar,

Feyzulla mirzə Qovanlı-Qacar,

Cavad bəy Şıxlinski,

Əbdülhəmid bəy Qaytabaşı

Murad Tlexas,Məmməd Sadıq bəy Ağabəyzadə,

Məhəmməd bəy Sulkeviç.

General leytenant Məmmədbəy Sulkeviç (litva tatarı, Azərbaycan vətəndaşlığını qəbul etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş qərargahın rəisi və az sonra korpusun komandiri olmuşdur.General mayor Cavad bəy Şıxlınski, General Məhəmməd Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan generallarından Xosrov bəy Sultanov Cümhuriyyət dönəminin birinci və ikinci hökümət kabinəsində Hərbi, Behbud xan Cavanşır isə Daxili İşlər Naziri vəzifələrində görəv almışdır. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın general qubernatoru vəzifəsinə təyin edimişdir.1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda Xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz şəhid edilmişdir. General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov, general- mayor Əmir Kazım mirzə Qovanlı-Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı, general mayor Murad Gəraybəy oğlu Tlexas, general-mayor Əliyar bəy Mehdi bəy oğlu Haşimbəyov Nargin adasında güllələniblər...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0251 saniye