Azərbaycan-dərdim mənim
cəmilə tərəfindən "" bolməsinə 18:25 06 may 2014 tarixində əlavə olunmuşdur

                                  Azərbaycan –dərdim mənim.

Bugün düşüncələrimi heçkəs anlamaq istəmir.Hətta uşaq olduğumu düşünənlər də var.Ki mənim dediklərimi anlaya biləcək insanlar da çıxır çox zaman.Bugün həbs olunan 8 gənc.Onlar bu ölkənin gələcəyidir.Hansı ki biri ODTÜdə oxuyan savadlı bir insandır.Digərləri barəsində məlumatım yoxdur.Ancaq onu deyə bilərəm ki bu ölkə savadsızlığı ucbatından bu gündədir.Bizim hal hazırda praktikada olduğumuz məktəb də buna sübutdur.Əgər o uşaqlara düzgün tərbiyə aşılansaydı onlar bizi dinləməyin daha doğru olduğunu anlayardı.Və həmçinin onlar savadın vacib olduğunu bilərdilər.Azərbaycan millətinin Üzeyirə qulaq asan qaqaları,o yanıq gəncləri,təsbeh sındıran bratları olmasa bəlkə də olmazdı belə.Uşağı qundaqda  meyxana dinliyən ölkəm mənim.Bizdə ümumiyyətlə sistem səhv qurulub ki.Bunu düzəltmək üçün hərkəsin gözünü açmaq lazımdır.Başa düşürəm ki hərkəs gələcək nəsilə daha gözəl,daha ədalətli bir şeylər buraxmaq istəyir.Amma yanlış odur ki, getdiyimiz yol düzgün deyil

Qaldı ki, o 8 gəncə.Onların rəsmlərinə baxmaq belə kifayətdir ki onlara üzüləsən.Hərhalda o ədalət başçılarının da övladları var.Hərhalda onlar da gün gələcək anlayacaqlar.Sadəcə onu bilməliyik ki o “yeyən”lər də rahat yaşamır.Əmin olun.Buna hərgün şahid oluram.Demək istəyirəm ki, oxuduğumuz kitablarla ölçməyək nəyisə.Savadlanmaq gözəldir,insanlara birşeyləri aşılamaq.Ancaq bu aşıladıqlarımıza da diqqət edək.Hərşey sadə görünür bizə.Mənə də.Atam demiş,ağzımız isti yerdədi.Bunu deyə bilərəm ki sadəcə gün gələcək kimlərsə anlayacaq nə demək istədiyimi.Dindarlara görə ateistəm,ateistlərə görə dindar,müxalifətçilərə görə yapçıyam, yapçılara görə müxalifəçi.Əsas odur ki, insanam.Və düşüncələrimi kimlərsə dəyişmir.Mənim inancım var ki, zamanım gələndə öz sözümü deyəcəm.Amma onların “ədalət” anlayışı ilə.Özümünkü ilə yox.Allah özü bizə kömək etsin.Azərbaycan dərdim mənim.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0223 saniye