Dublyaj - ikinci səsləndirmə deməkdir.
1930-cu illərdə Azərbaycanda dublyaj sahəsində ilk ciddi addımlar atılmağa başlandı.
Rus rejissor M.Donskoy Sovet kinosu üçün tamamilə yeni bir eksperimenti həyata keçirdi. O, “Görünməz Adam” ingilis bədii filmini rus dilinə dublyaj etdi.
Bundan ruhlanan Azərbaycan kinorejissoru Şua Şeyxov kinostudiyanın rəhbərliyinə müraciət edib “Çapayev” filmini Azərbaycan dilində səsləndirmək istədiyini bildirdi. “Çapayev”i səsləndirmək ona və V.Konstantinova həvalə olundu.
Mətni Yusif Vəzirov (Y.V.Çəmənzəminli, 1936) tərcümə etdi. Səs operatorluğu M.Belousova tapşırıldı. Ağahüseyn Kərimov onun assistenti oldu.
“Azərbaycanfilm”in dublyaj şöbəsi 1994-cü ildən Dublyaj Studiyası kimi fəaliyyət göstərir.