Azərbaycan haqqında az bilinən 12 maraqlı fakt
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:33 24 sentyabr 2015 tarixində əlavə olunmuşdur

1. Dünyada ilk müasir neft quyusu Bakıda, Bibi-Heybətdə qazılıb.
2. Görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun repertuarında Bakı haqqında 30-a yaxın mahnı var idi.
3. Neft Daşları qədim dəniz neft platforması kimi Ginnesin rekordlar kitabına daxildir.
4. Tovuz və Göygöl şəhərlərinin əsasını almanlar qoyub və əvvəllər onların adı – Traubenfeld və Yelenendorf idi.
5. Azərbaycan ilk müsəlman ölkəsi idi ki, qadınlara da kişilərlə bərabər siyasi hüquqlar verilirdi.
6. Sovet İttifaqında ilk dəfə Bakıda qatar işə salınmışdı.
7. 20-ci əsrin əvvəllərində Bakıda bütün dünyada əldə edilən neftin 50%-i çıxarılırdı. İkinci Dünya Müharibəsi zamanı isə Bakı sovet ordusunu neftlə təmin edərək, onun tələbatının 85%-ni ödəmişdi.
8. Görkəmli azərbaycanlı Ziya Bünyadov keçmiş Sovet İttifaqının yeganə alim-akademiki idi ki, II dünya müharibəsi illərində intizam batalyonunun komandiri olmuşdu.
9. Müsəlman şərqində ilk musiqili opera məhz Bakıda tamaşaya qoyulmuşdu. Sözügedən opera “Leyli və Məcnun” operası idi.
10. 1850-ci ildə Bakıda əhalinin sayı 7400 nəfər təşkil edirdi.
11. Bakının və Yer kürəsinin orta illik temperaturu eynidir - 14,2 dərəcə.
12. Nobel mükafatının kapitalının bir hissəsini Alfred Nobelin Bakı neftindən əldə etdiyi gəlir təşkil edir.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
sirlerensiklopediyasi@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0236 saniye