Azərbaycan
Təbriz İslam tərəfindən "Şeir" bolməsinə 04:28 27 aprel 2012 tarixində əlavə olunmuşdur

Səninləyəm öləndə də, qalanda da

Igidlərin yad ellərdə olanda da

Torpaqların yad əllərdə qalanda da

Yaşamısan yenə yaşa Azərbaycan!

 

Rayonların şəhərlərin əldən gedib.

Neçə - neçə igidlərin eldən gedib.

Düşmənimin vətəni də səndən gedib.

Hanı Şuşa, hanı Şuşa Azərbaycan?

 

Kədərin də, faciyən də çox olubdur

Düşmən edib özü niyə yox olubdur?

Düşmən sözü ürəyimə ox olubdur.

Qoyma onu bir də çaşa Azərbaycan!

 

Neçə körpə yalın ayaq qarda qaldı

Çox gozlədim Nuru paşa harda qaldı?

Niyə o gün gün batmamış qaş qaraldı?

Körpə qəlbi döndü daşa Azərbaycan

 

Kim törətdi bu əməli Xocalıda

Getdi o gün uşaqlı da, qocalı da.

Qundaqdakı körpələrin acalı da

Çatdı o gün, çatdı başa, Azərbaycan!

 

Kəlbəcərə hücum oldu o yandan

Körpələrin doyanmadı layladan

Körpəyə də güllə dəyər? ay aman!

Düşməmləri salaq başa Azərbaycan!

 

Qız gəlinlər əl üzdü bu dünyadan

Xəbərdar idi qeyrət, namus, həyadan

Qorunmaq üçün atılırdı qayadan

Istəmədi heç bulaşa Azərbaycan.

 

Ev olmuşdu igidlərə səngərlər də

Döyüşürdü igidlərin səngərlərdə

Yaşayacaq şəhid olub ölənlərdə

Hazırıq biz ,biz savaşa Azərbaycan

 

Dözənmirik, kim deyir ki, dözməmişik?

Aydın səma ümidiylə, sülhü biz çox gözləmişik

Dönmərik də biz hələ ki dönməmişik

Dönər olsaq dönək daşa Azərbaycan!

 

Susanmarıq susdurarıq düşməni biz.

Susmasa da susdurarıq düşməni biz.

Susasaq da susadarıq düşməni biz.

Içdiyim su döndü yaşa Azərbaycan.

 

Döyüşmək də yazılıbdır alnımıza .

Sadiq ola bilirik biz andımıza.

Borcluyuq biz babalara, babamıza.

Çatıb yenə igidlərin boya başa Azərbaycan.

 

Neçə ildir o torpağa getməyirəm.

Gedənməyib bircə kəlmə dinməyirəm.

Bilməyirrəm qarabağsız neyləyirəm.

Qızıl tacı qoyub başa Azərbaycan!

 

Qulaq asdım çox mənasız söz dedilər.

Qayıdacaq torpağınız döz dedilər.

Onlar bizim torpaqlarda özgədilər.

Özgə ömür çatsın başa Azərbaycan!

 

Nə vaxt görək almaq üçün Qarabağı

Igidlərin keçəcəkdir qarlı dağı

Görəcənmi qarabağda bu bayrağı

Nə ola aşa nə ola aşa murov dağı Azərbaycan!

 

Inam, qürur bizə kömək edəcəkdir

Istiqlala istiqlalla gedəcəkdir.

Zəfərin də zəfər nədir biləcəkdir.

Azad yaşa, azad yaşa Azərbaycan!

 

Bilirlər ki, Təbriz eli, obam gedib.

Babalar da o yollarda qurban gedib.

Alcaqdır bir gün onu Turan gedib.

Düşmərik biz, biz təlaşa Azərbaycan.

 

 

T Ə B R İ Z İ S L A M.

 

22. 10. 2010.



... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+13=
Hesaba giriş
Müəllif

Təbriz İslam
Haqqında

Əlaqə
E-mail:
tebriz_islam@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0278 saniye