Azərbaycanda dini cərayanlar və tolerantlıq
İlkin Şərifov tərəfindən "Elmi məqalə" bolməsinə 18:57 26 yanvar 2014 tarixində əlavə olunmuşdur

Hər bir fərdin öz əqidəsi, öz inancı vardır. Lap qədim zamanlardan bəri insanlar öz əqidələrini birləşdirərək müxtəlif cəmiyyətlər yaratmışlar. Uca Allah Hz.Adəmdən Hz.Məhəmmədədək Tövhid dinini insanlar arasında öz elçiləri ilə yaymışdır. Ancaq zaman-zaman insanlar tövhiddən uzaqlaşmış, öz əqidələrinə müxtəlif adlar qoyaraq bir-birləri arasında fərqlilik yaratmışlar. Min illər əvvəl başlamış parçalanma günümüzdədə də davam etməkdədir. Müsəlman, Xristian, Yəhudi, Buddist və bir çox məhəlli dinlərə bölünən inanclar günümüzdə daha da pik nöqtəyə çataraq öz daxillərində də müxtəlif və fərqli toplumlara bölünmüşdür. Qədim zamanlardan bəri Azərbaycanda müxtəlif dinlər yaranmış və inkişaf etmişdir. Müxtəlif dinlərin yaranmasının əsas səbəbi kimi Azərbaycanın yerləşdiyi siyasi-coğrafi mövqeyini göstərə bilərik. İşğalçı yürüşlər nəticəsində hələ eramızın əvvəllərindən Azərbaycanda Atəşpərəstlik, Xristianlıq, Yəhudilik və son olaraq İslamiyyət yayılmışdır. Digər dinlərdən fərqli olaraq islamiyyət Azərbaycanda daha sürətlə yayılmış və dərin kök atmışdır. İslamiyyət Azərbaycanda elə sürətlə yayılırdı ki, burada olan digər dinləri sıxışdırır və digər dinlərin say tərkibini azaldırdı. Bunun əsas səbəbləri arasında islamın şərtləri və həmin dövr islam dövlətinin rəhbərlərinin ədalət və nüfuzunu göstərmək olar. Dövr irərlədikcə Azərbaycanda islam dərinləşməyə və kamilləşməyə başladı. Şeyx Nizami, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Nəsirəddin Tusi şərqin ən böyük alimləri, islamın siması kimi ehtirama, hörmət və izzətə nail olmuşlardır. İslam ənənələri Qafqaz mədəniyyətinə çox yaxın olduğu üçün Azərbaycanda sarsılmaz sütuna çevrilmişdi. XIX əsrdə dövlətçiliyimizin dirçəlişi ilə bərabər mədəniyyət nümayəndələri də islamı xurafata sürükləyən ruhani-mollalara qarşı mübarizəyə başladı. Bu mübarizənin ön sırasında “Molla Nəsirəddin” jurnalı timsalında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və s. Azərbaycan ədibləri dayanırdı. Həmin dövrlərdə Mirzə Şəfi Vazehin M.F.Axundova : “-Səndə (mollalara kimi) riyakar və şarlatanmı olmaq istıyirsən?” sualı islamın din xadimləri arasında mövhumata düçar olduğunu və bəzi riyakarların cahil camaatı aldadaraq bundan istifadə etdiyini göstərir. Sovet hökumətinin qatil ordusu XI Qızıl ordu Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə son qoymaqla İslam dininə qarşı mübarizənin əsasını qoydu. Lenin çox ağıllı siyasət yürüdərək dinə qarşı açıq-aşkar deyil, üstü örtülü şəkildə mübarizə başlatdı. Nəzərə alsaq ki, həmin dövrdə din xadimləri camaat arasında çox güclü nüfüza sahib idi o zaman Leninin siyasətinə heyran qalmaq olar. Tədricən Azərbaycanda Marksizim, Leninizm ideyaları yüksəldilməyə başlanıldı. Mübariz Allahsızalar və başqa bir bir çox cəmiyyətlər yaradılaraq İslam dininə qarşı köklü mübarizəyə başlanıldı. Sovet hökumətinin əsas məqsədi Azərbaycanın sahib olduğu mədəniyyəti və tarixi İslam pərdəsi altında aşılayaraq tarix səhifəsindən silmək idi. Bu siyasəti başa düşən, görən dahi azərbaycanlılar (biz bu şəxsləri Azərbaycanın düşünən beyinləri adlandırırıq) müxtəlif üsullarla məhv edir, xalqın düşüncəsini aşılayırdılar. 70 illik zaman çərçivəsində Azərbaycanda İslam əlehinə mübarizənin ən pik nöqtəsi olan məktəb və universitetlerdə (institud) ateizmin, marksizmin təbliğ edilməsi olmuşdur. O dövrün Azərbaycan hakimləri bu siyasətin necə təhlükəli olduğunu duysalar da açıq-aşkar mübarizə apara bilmirdilər. Nəhayət 70 illik əsarətə son qoyuldu. 1991-ci ildə müstəqilliyimizi əldə etdik. Xalqın qanı bahsına əldə edilən müstəqilliyimizdən dərhal sonra Azərbaycan hökuməti İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət etdi. Elə ilkmüraciətdən sonra Azərbaycanı təşkilata üzv qəbul etdilər. İlk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq Azərbaycanda köklü islam ənənələrinin olması ilə bərabər Azərbaycanın vaxtı ilə İslam ölkələri qarşılıqlı mədəni, siyasi əlaqələrinin olmasını sübut edirdi. Heydər Əliyevin xalqın tələb və istəyi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycannın nəinki İslam Əməkdaşlıq Təşkilatında ümumən dünya təşkilatları səviyyəsində nüfuzu yüksəldi. Təsədüfü deyildir ki, 20 il öncə qapısından içəri addım atmağımıza izin vermeyen BMT-yə bu gün biz rəhbərlik edirik (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına). BMT Təhlükəsizlik Şurasına cənab prezident İlham Əliyevin rəhbərliyi məhz Heydər Əliyevin siyasətinin uğurlu nəticəsidir. Heydər Əliyev İslam Əməkdaşlıq Təşkilatının bütün konfranslarında çıxış edərək Azərbaycanın mövcud şəraitini canlandırır, musəlman ölkələrini erməni vandalizminə qarşı koalisiyaya səsləyirdi. Ümummilli Liderimizin çıxışları səmərəsiz qalmadı. Tez bir zamanda İslam Əməkdaşlıq Təşkilatı erməni terroru haqqında qətnamələr qəbul etməyə başladı. Azərbaycanda dini tolerantlığın inkiçaf etdirilməsi yönündə də Heydər Əliyevin xalqımıza xidmətlərini hər birimiz yaxşı bilirik. Sovet dönəmində bağlanılmış, dağıdılmış məscidlərin açılması və ya yeni məscidlərin inşasına xususi nəzarət edən Ulu Öndər təkcə islam deyil, sözün əsl mənasında tolerant siyasət yeridərək digər dinlərə (Xristian, Yəhudi) də yardım və dəstək vermişdir. Ulu Öndərimiizin islam dininə qarşı həssaslığı xüsusi olaraq fərqlənirdi. Onun islamın ən böyük şərti hesab olunan Həcc ziyarətini yerinə yetirməsi və xalqımızın yaşayış şəraitinin yüksəldilməsi yönündə apardığı işlər bunun bariz nümunəsidir. Heydər Əliyevin əsasını qoyduğu tolerant dövlət ənənələri bu gün sürətlə inkişaf edir və Azərbaycanın nəinki islam dövlətlərində eləcə də digər dinlərə məxsus dövlətlərdə də tanınmasına və tolerantlığına görə qipdə edilməsinə şərait yaradır.

Mənbə : 1. http://www.heydar-aliyev.org

2. http://www.anl.az/

3. http://azerbaycan-kitabxanalari.az/

4. http://www.scwra.gov.az

5. M.Qasımlı Heydər Əliyev- İstiqlala gedən yol (1969-1987), Bakı : Bakı Universiteti, 2006 6. Günel İsmixanov, İKT-nin Azərbaycanla əlaqələri 7. Hüseyinli R. Azərbaycan ruhaniliyi. Bakı : Kür, 2002. 8. Arif Yunusov, Azərbaycanda İslam, Bakı : Zaman, 2004 9. Abdulla Əhədov, Azərbaycanda Din və Dini Təsisatlar, Bakı : Azərbaycan Dövlət Nəşriyyatı, 1991

 


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+14=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : ilkinsemedoglu@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
ilkinsemedoglu@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye