Azərbaycanda ən bahalı 10 maşın
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 16:46 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

Azərbaycanın avtomobil bazarında ən bahalı maşın dəyişməz olaraq qalır.

Siyahıya Lamborghini hələ də liderlik edir. Bu maşının qiyməti 1,5 milyon dollaradır.  

Ölkəmizə gətirilən Ferrarilər 2013 modeldir və hər birinin qiyməti ən az 450 min avrodur. Bəzilərininki isə daha bahadır – 600 min avronu keçir.  

Mercedes S 65 AMG markalı avtomobili 411 min dollar ödəməklə əldə etmək mümkündür. Mercedes GL 63 AMG də geri qalmır, nə az, nə çox – 380 min dollara təklif olunur.  

Bentley Mulsanne nisbətən daha ucuzdur, 375 min dollarla bu brend markanın sükanı arxasına keçmək olar.

Rolls-Royce Phantomu isə 325 min dollardan başlayan qiymətə əldə etmək olar.  

Cadillac Escalade  Mercedes S 500 markalı maşınların qiyməti oxşardır – 285 min dollar.  

Satışa çıxarılan Mercedes-Maybach S-Class 500 markalı avtomobil sürmək istəyənlər 315.500 dollarından keçməlidir.  

Bahalı maşınlar sırasında Land Rover – Range Rover maşınları da yer alır. Bu model 280 min dollardan ucuz deyil.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0285 saniye