Azərbaycanda bir oğlan öz kişiliyini 3 yolla sübut edə bilər:
1.Razborkalarda; 2. Fahişəni altına yıxmaqda; 3. Arvadı hamilə etməkdə.
Sürü üçün budur kişilik yolu! Bunları edirsənsə, deməli kişi adamsan. Bu mərhələləri keçmisənsə, öz kişiliyini təsdiq etmisən. Amma əslində sən kişisənsə, niyə bunu mütləq sübut etməlisən, kiməsə göstərməlisən? Yəni kişiliyinin sübuta ehtiyacı var ?
Kişilik instinktiv bir şeydir. Biz kişilər üçün öz cinsi təsdiq etmək psixlogiyası var. Bu haqda dərinə getməyəcəm. Sadəcə deyim ki, bizdə kişilik önəmlidir, insanlıq yox. Bizə kişi olmağı öyrədiblər, insan olmağı yox. "Adam kişi olar" deyirik. Onsuz da "adam" sözü kişi deməkdir. Yəni "kişi- kişi olar". Heç kim deməz insan ol. Birinin kişiliyini təhqir et, səni öldürər. İnsanlığını təhqir etsən, əsəbləşər, söyər, bir az hoppanıb düşər, amma öldürməz. Biz söyüşə görə insan öldürən millətik. Hələ biz insan olmalıyıq və onu öyrənməliyik ki, başqasını təhqir etmək olmaz.